02.05.2014. - Qazdan zəhərlənmədə rekord say ŞOK!- VİDEO
ANS TV-nin məlumatına görə, əsasən xəstəxanalara yaşlı nəslin nümayəndələri müraciət edib.
Artıq qış mövsümü geridə qaldı. Elə bu mövsümün bəlası olan dəm qazı təhlükəsi də tədricən sovuşmaqdadır. Bunu son günlər Kliniki Tibbi Mərkəzin taksikalogiya şöbəsinə olunan müraciətlər də sübut edir. Şöbənin müdiri Azər Maqsudovun sözlərinə görə, əsasən orta və ahıl yaşlı şəxslər daha çox zəhərlənməyə məruz qalır. Şöbəyə üz tutan xəstələrin əksəriyyətinin vəziyyəti orta-ağır və yüngül olduğundan onlar evə buraxılıb. Yanvarın 1-dən bu günə kimi mərkəzə gətirilən xəstələrdən ikisinin vəziyyəti nisbətən ağır olduğundan həyatlarını xilas etmək mümkün olmayıb.
Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyir ki, aprelin son günlərinəd 4 müraciət olub. Əsasən bizə müraciətlər iki gündən bir olur. Müraciət edənlərin bəzilərinin vəziyyəit yüngül, bəzilərinin isə orta-ağır olub.
Bakı Şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasında isə ilin əvvəlindən bu günə kimi, rekord sayda dəm qazından zəhərlənmə ilə bağlı çağırışlar olub. Stansiyanın böyük həkimi Leyla Musayeva həmin çağırışların bir qisminə yerindəcə ilkin tibbi yardım göstərildiyini dedi.
Böyük həkim Leyla Musayeva bildirib ki, son günlər də daxil olmaqla ilin əvvəlindən bu günə kimİ ümumilikdə 864 nəfər müraciət edib: “Onlardan 626-sı taksikalogiya yerləqşdirilib. Onların arasında uşaqlar nisbətən azılq təşkil edib”.
Stansiyadan onu da bildirdilər ki, bəzən bu cür zəhərlənməyə məruz qalan şəxslər xəstəxanaya yerləşdirilməkdən imtina edirlər, bəzən də ilkin tibbi yardımı özləri göstərirlər ki, bu da dəm qazından zəhərlənmə ilə bağlı halların sayının bir qədər də artmasına əsas verir. Əsas olan həm də diqqəti əldən verməməkdir. Odur ki, bu cür hallara qarşı əvvəlcədən tədbirili olmaq mütləqdir.