Azərbaycanlı jurnalistlərdən BMT nümayəndəsinə sərt etiraz - QALMAQAL, FOTOLAR

Azərbaycanlı jurnalistlərdən BMT nümayəndəsinə sərt etiraz - QALMAQAL, FOTOLAR

Ölkəmizdə səfərdə olan BMT-nin xüsusi məruzəçisi Mişel Forst bu gün Azərbaycandakı insan hüquqları üzrə araşdırmalarının ilkin nəticələrini və tövsiyələrini açıqlayıb.

Ölkə.Az saytının məlumatına görə, Mişel Forst Azərbaycana səfərinin nəticələrinə həsr olunan mətbuat konfransında çıxışını tamamilə qərəzli və tənqidi fikirlər üzərində qurub.
O, çıxış etdikdən sonra isə jurnalislərin suallarını cavablandırıb. Mişel Forst bu zaman da jurnalistlər arasında ayrı-seçkilik edərək, yalnız müxalif yönümlü media qurumlarında təmsilçilərinə sual verməyə şərait yaradıb. Onun bu hərəkəti mətbuat konfransında iştirak edən jurnalistlərin ciddi narazılığına səbəb olub.
Bir qrup müstəqil jurnalist çıxış üçün söz alaraq, Mişel Forsta etirazlarını bildiriblər. Jurnalistlər Mişel Forsta irad tutaraq deyiblər ki, sözügedən hesabat hazırlanarkən, yalnız müxalif yönümlü QHT-lərin, partiyaların və media qurumlarının mövqeyi dinlənilib.
Mişel Forst isə jurnalistlərin bu etirazlarına gülərək, cavabını ifadə edib.






Fikirlər