Mingəçevirin polis rəisi Eldar Mahmudovun “yolunu gedir”: “XƏYAL” ADLI “PRİTONUNDA” MÜŞTƏRİLƏR VİDEOYA ÇƏKİLİR?

Bugünlərdə saytımızda Mingəçevir Şəhər Polis Rəisinin qanunsuz əməlləri ilə bağlı yazılar dərc etdik. Yazıdan sonra redaksiyamıza məktub axını başlayıb. Yazıda qeyd olunurdu ki, Mingəçevir Şəhər Polis İdarəsinin rəisi, polkovnik Cavid Muradovun şəxsi göstərişinə əsasən bir sıra müəssisələrdə, restoranlarda, çay evlərində, marketlərdə 45 yaşına qədər olan qadınlar işləyə bilməz.

Bu kimi obyekt sahibləri rəisin dediklərinə riayət etmədikləri təqdirdə rəis müavini (red. Mehman) həmin obyektin sahiblərinə qarşı "kriminal avtoritet” kimi davranmağa başlayır. Müraciətdə deyilir ki, 45 yaşına qədər qadın işçi götürmək istəyən obyekt sahibləri bununçün rəisə kifayət qədər ciddi "haqq” verməlidirlər. Sahibkarlar qeyd edirlər ki, rəis onların qarşısında iki yol qoyub: YA QADINLAR İŞLƏMƏMƏLİ, YA DA AYLIQ HAQQ ÖDƏNMƏLİDİR. Məsələ ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq. Eyni zamanda Daxili İşlər Nazirliyinə də bu barədə tərəfimizdən sorğu göndəriləcəkdir.

 İstənilən halda ölkə rəhbərliyinin işsizliklə bağlı atdığı addımlara qarşı çıxan istənilən məmura qarşı ciddi şəkildə mübarizə aparacağıq.

Redaksiyamıza daxil olan növbəti məktub isə sözün bütün mənalarında daha dəhşətlidir. Məktubda idia olunur ki, Mingəçevir Şəhər Polis İdarəsinin rəisi şəhərdə olan bəzi qanunsuz obyektlərə "himayədarlıq” edir. Bu obyektlərdən biri də şəhərdə hər kəsin "DAL YOLDAKI PRİNTON” kimi tanıdıqları "XƏYAL” obyektidir. İddia olunur bu obyektdə tamamilə öbaşınalıqdır. Ölkə qanunvericiliyində qəti şəkildə qadağan edilən bütün məqamlara bu obyektdə rast gəlmək olar. Əsasən də PRİTON kim istifadə olunan obyektin isə Mingəçevir Şəhər Polis İdarəsinin rəisi, polkovnik Cavid Muradova aid olduğu iddia edilir. Müştəriləri isə bu obyektə sözün əsl mənasında surpriz gözləyir. Belə ki, obyektin intim xidmətlərindən istifadə edən tanınmış müştəriərin görüntüləri video ilə qeydə alınır. Sonrakı mərhələdə isə bu məmurlar, iş adamları, sahibkarlar ciddi şəkildə şantaj edilirlər. Bu olduqca ciddi qanun pozuntusudur. Hesab edirik ki, bu kimi obyektlər birmənalı şəkildə gənclərimizi sağlam həatdan ayırır. Prezident demək olar ki, bütün çıxışlarında ölkəmizdə sağlam gəncliyin formalaşması, milli –mədəni dəyərlərimizə bağlanması ilə bağlı müvafiq qurumların qarşısında ciddi tapşırıqlar qoyub. Vətəndaş cəmiyyətinin üzvləri isə bu istiqamətdə yüzlərlə layihə həyata keçirilər.

Belə bir həssas məqamda, belə bir cinayətdə Şəhərin Polis rəisinin adının hallanması həm ölkəmizin milli maraqlarına ziddir, həm də dövlətimizdə sağlam polis sisteminin qurulmasında misilsiz xidmətləri olan, cənab nazir Ramil Usubovun prinsiplərinə xəyanətdir.

 






Fikirlər