"Biz qədər sevdiyiniz Kəlbəcərdə sizə yaraşan bir yubiley keçirək"

Bu gün Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının doğum günüdür. 

Sabiq deputat Əlövsət Ağalarov doğum günü münasibəti ilə Tənzilə Rüstəmxanlını təbrik edib.
AzerTaym.az həmin təbriki olduğu kimi təqdim edir:
"Bu gün dəyərli bir xanımın, ləyaqətli insanın, Tənzilə xanım Rüstəmxanlının doğum günüdür. Tənzilə xanım millətini, dövlətini, bütün türk dünyasını varlığıyla sevən, ölkəmizin xoş gələcəyi üçün yorulmadan çalışan ictimai-siyasi xadimdir. Gözəl anadır, hər kəsin dar günündə kömək əlini uzadan insandır! Səmimiyyətin, mehribançılığın çatışmadığı, qıt olduğu indiki dövrdə  sözünün ağası, sözü ilə əməli üst-üstə düşən tək-tük ziyalılarımızdandır!
Yadıma 1992-93-cü illər Kəlbəcərin ən ağır dövrü düşür. Tənzilə xanım bir gün də olsun bizi dərdimizlə, dəhşətli faciələrimizlə yalnız buraxmadı. İşlədiyi təşkilatın, özünün maddi və mənəvi dəstəyi ilə qaçqınların və məcburi köçkünlərin yanında oldu! Çox mənəm-mənəm deyən kişiciklərin etmədiyi böyüklüyü etdi! O dəhşətli illərdən ta bu günədək hansı qaçqın-köçkünün, köməyə ehtiyacı olan hansı şəxsin xahişini etdimsə, həmişəki səmiyyəti ilə, mərdanəliyi ilə o zavallı insanların imdadına çatdı. Bu yaxınlarda Dilqəmlə Şahbazın Müdafiə Komitəsinin yaradıldığını eşidən kimi dəvət gözləmədən özü onu bu tərkibə salmağımızı xahiş etdi. 
Əziz bacım, dəyərli El qızım! Cansağlığından, ailə xoşbəxtliyindən, uzun ömürdən sonra bircə arzumu da dilə gətirirəm: İnşaallah, biz qədər sevdiyiniz Kəlbəcərdə Sizə yaraşan bir yubiley keçirək!"
Image result for əlövsət ağalarovƏlövsət Ağalarovun təbrikinə  AzerTaym.az kollektivi də qoşulur. Tənzilə Rüstəmxanlıya dəyərli həyat yoldaşı Xalq şairi Sabir Rüstəmxanlı ilə bərabər daha neçə illər xoşbəxt yaşamağı və bərabər yaşlanmağı arzu edirik.  






Fikirlər