Deputat anti-Türk və anti-Türkiyəçilərə qəzəbləndi: "Sevinməyin!"

qanira-qanira

“Hər şərdə bir xeyr də var” deyib dədələrimiz…İstanbulda Hrant Dinkin ölümündən sonra küçələrə çıxıb “hepimiz ermeniyiz” deyənlərə münasibətimi soruşan Türkiyədən bir dostuma təssüf dolu bir səslə “adamlar kim olduqlarını bildirirlər, siz də diqqətlə baxmalısınız və içimizə sızıb bizi arxadan vuranları daha yaxşı görməlisiniz ki sabah yanılmayaq, bu insanların nələr edə biləcəyini unutmamalıyıq” demişdim”.

 AzerTaym.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” statusunda yazıb.

“Bunu ona görə söylədim ki, son günlər Türk milləti əleyhinə içində nifrəti, kini, qısqanclığı olanların hamısı yaman fəallaşıblar. Bir dostum münasibət bildirəcəksənmi deyə, yazıb. Mən də “gözləyirəm, qoy kimin ürəyində nə var töksün, bilək kimin içində nələr var, tanıyaq dostu-düşmanı və heç bir zaman unutmayaq ki, onlardan bu millətə heç zaman xeyr gələ bilməz. Kim olurlarsa-olsunlar çətin gündə mütləq arxadan vuracaqlar” – deyə, qısa bir cavab yazdım.

Türk milləti tarixdə ən çox imperatorluq qurmuş bir millətdir və hər zaman ”bitdi” dediklərində sanki küllərindən yenidən doğulub daha güclü qayıdıblar tarix səhnəsinə. Ona görə də bir neçə terror hadisəsi ilə Türk milləti və qardaş Türkiyə tamam zəifləyəcək deyə sevinənlər belə tez sevinməsinlər. Qara dənizdən, Ağ dənizdən Xəzərə, Şimal dənizinə qədər getdikcə kimliyinə daha çox sahiblənən və güclənən Türk millətinə diqqətlə baxsınlar. Deyəsən, bir çoxlarını da elə bu ciddi narahat edir”- millət vəkili daha sonra əlavə edib.






Fikirlər