“ƏMƏKDAŞLARIMIZ SİLAHLI MÜQAVİMƏTLƏ ÜZLƏŞİB” - Mədət Quliyev
“Təbii ki, ölkəmizə müxtəlif təhlükə və təhdidlər var. Ölkə prezidentinin dəstəyi sayəsində milli təhlükəsizlik orqanları tərəfindən bütün bunların qarşısı lazımi səviyyədə alınır”. APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib. M. Quliyev bildirib ki, bölgələrdə qısa zamanda müxtəlif təhlükəsizlik əməliyyatları həyata keçirilib: “Cinayətkarların, casusların məhv edilməsi istiqamətində tədbirlər görülür. Əməkdaşlarımız onları saxlayan zaman silahlı müqavimətlə rastlaşıblar və qətiyyətlə onların qarşısını alıblar”. DTX rəisi onu da deyib ki, bu istiqamətdə Azərbaycanın xüsusi dövlət mühafizə orqanları digər ölkələrin müvafiq qurumları ilə birgə çalışır: “Bu yöndə bütün addımlar atılır. Azərbaycanın xüsusisi xidmət orqanları və dövlət mühafizə xidməti orqanları birgə işləyir. Əsas məsələ dövlət rəhbərinin apardığı siyasətin xalq tərəfindən dəstəklənməsidir”. Mədət Quliyev deyib: “Dövlət Təhlükəsizliyi Xidməti qısa müddət ərzində cinayətkarların, casusların məhv edilməsi ilə nəticələnən 4 əməliyyat keçirib”.