Bakı şəhər İcra Hakimiyyəti başçısının 12 dekabr 2013-cü il tarixli 501 saylı sərəncamına müvafiq olaraq Yasamal rayonunun "Sovetski” kimi tanınan ərazisində şəhərin Baş Planına uyğun olaraq indiyə qədər 2400-dən çox mənzil və qeyri-yaşayış sahəsi sökülüb.
AzerTaym.az-ın məlumatına görə, bu barədə baş nazirin müavini, Köçürmə Komissiyasının sədri Abid Şərifov bildirib.
A. Şərifov deyib ki, "Sovetski”də mənzil sahəsi 25 kvadratmetrdən az olan 200 ailəyə Nərimanov rayonunda sahəsi 45 kv.m-ə qədər olan mənzillər verilib. Həmin ailələrin bu mənzillərdən razı qaldıqlarını söyləyən baş nazirin müavini "Sovetski”də söküntü aparılan ərazidə yol çəkiləcəyini, yaşıllıq və parkların salınacağını nəzərə çatdırıb.
A. Şərifov həmin ərazidə yaşayış binalarının tikilməyəcəyini vurğulayıb.
Fikirlər