17.07.2014- Ağcabədi Pedoqoji Kollecində “sular durulmur” Mikayıl Cabbarovu çətin vəziyyətə kim salıb? -ÖZƏL.

17.07.2014- Ağcabədi Pedoqoji Kollecində “sular durulmur”  Mikayıl Cabbarovu çətin vəziyyətə kim salıb? -ÖZƏL.17.07.2014- Ağcabədi Pedoqoji Kollecində “sular durulmur”  Mikayıl Cabbarovu çətin vəziyyətə kim salıb? -ÖZƏL.







Ağcabədi Pedaqoji Kollecinin uzun illər direktoru olmuş,elmi titullarına görə rayonun və bölgənin ən qabaqcıl sayılıb seçilən ziyalılarından olan,fizika-riyaziyyat elmləri doktoru,professor VAQİF HÜSEYNOVUN ölümündən sonra bu təhsil müəssisəsi ətrafında qalmaqallar bitmək bilmir.

Vaqif Hüseynovun ölümündən dərhal sonra Sahib Hüseynov Kollecə nəzarət uğrunda "mübarizəyə" başladı və ötən ilin oktyabr ayında Ağcabədi Pedaqoji Kollecinə direktor müavini təyin edildi.Direktorun səlahiyyətləri də ona həvalə edildi.Təyinatın mürəkkəbi qurumamış Ağcabədi Pedaqoji Kollecinin müəllimlərinin maaşlarının əllərindən alınması haqqında məlumat yayıldı.
Bu məlmatın da müzakirəsi bitməmiş Ağcabədi Pedaqoji Kollecinin direktoru əvəzedicisi Sahib Hüseynov həbs edilməsi haqqında şok məlumat yayıldı.
Baş Prokurorluğun Ağcabədi Pedoqoji Kollecinin direktounun həbs edilməsiilə bağlı yaydığı məlumatda deyilirdi: “Ucar rayon sakininin Ağcabədi Pedaqoji Kollecinin direktor əvəzi Sahib Hüseynovun qanunsuz hərkətlərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Kollecin direktor əvəzi Sahib Hüseynovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün ona müraciət etmiş 4-cü kurs tələbəsindən 11 fevral 2013-cü il tarixdə 450 manat məbləğində rüşvəti təhsil müəssisəsinin inzibati binasında vasitəçidən istifadə etməklə özü üçün alarkən cinayət başında yaxalanmasında və qeyd edilən əməli törətməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

17.07.2014- Ağcabədi Pedoqoji Kollecində “sular durulmur”  Mikayıl Cabbarovu çətin vəziyyətə kim salıb? -ÖZƏL.
Aparılmış əməliyyat tədbirləri zamanı S.Hüseynovun üzərindən müxtəlif əskinaslarla ümumilikdə 5.432 manat nağd pul, xidməti otağına baxış zamanı kollecdə təhsil alan tələbələrin adları və soyadlarının qeyd edildiyi siyahı və qarşılarında pul məbləğləri yazılmış jurnal, 59 ədəd plastik ödəmə kartı və həmin kartlara aid açılmamış vəziyyətdə pin-kod vərəqləri, şəxsiyyət vəsiqələri, “Ədalət və Qanun” qəzetinin redaktoru işləməsi barədə özünə aid vəsiqə və digər sənədlər, eyni zamanda yaşadığı evdən istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilərək götürülüb. S.Hüseynov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda tələbələrin adlarının qarşısında pul məbləğləri qeyd olunmuş jurnal, təqaüd kartları və əldə edilmiş digər sənədlər əsasında kollecdə sistemli rüşvət hallarının baş verməsinə şübhələr üçün əsaslar olduğundan cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Bu məlumat Ağcabədi Pedaqoji Kollecində yaranmış vəziyyəti gözlər önünə sərsə də, belə görünür ki, rəsmilər bundan heç bir nəticə çıxarmayıb. Belə ki, aldığımız son məlumata görə Ağcabədi Pedaqoji Kollecində daha bir qanunsuzluq yaşanıb. İstintaq müddətində haqqında həbs qəti imkan tədbiri seçilmiş Sahib Hüstyovun haqqında məhkəmə hökmü olmasa da, artıq onun əvəzinə Kollecə yeni direktor əvəzi təyin edilib.
Məlumata görə, İbrahimov Mirələm Həbib oğlu adlı şəxs Kollecə direktor müavini təyin olunub. Bu şəxsin uzun illər müxalifət partiyalarından birinin fəallı olduğu və hətta 2003-cü il prezident seçkilərində prezident İlham Əliyevin qələbəsinin tanınmasının əleyhinə çıxması haqqında məlumat var. Ən maraqlı məqam isə təyinat zamanı qanun pozuntusuna yol verilməsi, haqqında məhkəmə qərarı olmayan Sahib Hüseynovun tutduğu vəzifəyə Mirələm İbrahimov adlı şəxsin təyin edilməsidir.

Belə görünür ki kimsə bu təyinatla təhsil naziri Mikayıl Cabbarovu dolaşıq vəziyyətə salıb.

Mirələm İbrahimovun Ağcabədi Pedaqoji Kollecinə direktor müavini təyin olunmasının arxasında rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun dayanması haqqında da məlumatlar var.
Hal-hazırda əlimizdəki bu və ya digər eləcə də Mirələm İbrahimovun müxalifət partiyalarından birinin fəallarından olması haqqında məlumatları araşdırmaqdayıq.Bəzi məqamları dəqiqləşdirdikdən sonra yaxın günlərdə kolleclə bağlı araşdırma yazımızı oxucularımızın ixtiyarına təqdim edəcəyik.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.






Fikirlər