Sahib Mirzəyevin rəhbəri olduğu idarəyə oğlu da şöbə müdiri gətirilib? - Açıqlama + YENİLƏNİB

“Sahib Mirzəyevin rəhbəri olduğu idarəyə oğlu da şöbə müdiri gətirilib? - Açıqlama + Yenilənib

Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu dəfə oğul atanın rəhbərlik etdiyi idarəyə şöbə müdiri gətirilib.

Belə ki, “İnterpol Azərbaycan” Milli Bürosunun sabiq rəisi, hazırda DİN-nin daxili nəzarət idarəsinə rəhbərlik edən polis general-mayoru Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev atasının işlədiyi idarəyə şöbə müdiri təyin olunub.

***

Məsələ ilə əlaqədar “Qafqazinfo”nun sorğusunu cavablandıran DİN-nin mətbuat xidməti rəisinin müavini Orxan Mansurzadə bildirdi ki, general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyevin daxili təhqiqatlar idarəsinə şöbə müdiri təyin olunmağı barədə yayılan məlumatlar əsassızdır.

O. Mansurzadənin sözlərinə görə, Vüsal Mirzəyev hazırda nazirliyin başqa bir baş idarəsində baş inspektor vəzifəsində çalışır.

 






Fikirlər