Tanınmış iş adamı Fizuli Məmmədov Bakıya GƏLDİ
Tanınmış iş adamı, Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın rəhbəri, “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Fizuli Məmmədov Azərbaycandadır. Modern.az-ın məlumatına görə, F.Məmmədov aprelin 24-də axşam saatlarında Bakıya gəlib. F. Məmmədov ilkin olaraq Şəhidlər Xiyabanını ziyarət edib. Daha sonra Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və deputat Adil Əliyevlə görüşüb. F.Məmmədovun Bakıda olduğu bir neçə gün ərzində daha bir neçə rəsmi şəxslə görüşəcəyi, Cəbrayılın Cocuq Mərcanlı kəndinə ayırdığı vəsaitlə bağlı müəyyən tədbirlər həyata keçirəcəyi istisna edilmir. Qeyd edək ki, iş adamı bir müddət əvvəl Modern.az-a özəl açıqlamasında Prezident İlham Əliyevin sərəncamına dəstək olaraq, Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsinə - Cocuq Mərcanlı kəndinin bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan edib. İş adamının bu təşəbbüsü Azərbaycan cəmiyyətində müsbət qarşılanaraq yüksək qiymətləndirilib.