Azərbaycanlı oliqarxın sərvəti azalır - Milyonlar HARA GEDİR?

Azərbaycanlı oliqarxın sərvəti azalır - Milyonlar hara gedir?

“Forbes” jurnalı Azərbaycan əsilli milyarder Fərhad Əhmədovun sərvətini açıqlayıb. 

AzVision.az-ın məlumatına görə, “Nortqaz” şirkətinin eks-rəhbəri hazırda 1,29 milyard dollarlıq varidata sahibdir. O, dünyanın ən zəngin adamlarının siyahısında 1567-ci, Rusiya üzrə isə 66-cıdır.


Azərbaycanlı oliqarxın sərvəti azalır - Milyonlar hara gedir?
“Forbes”in 2016-cı ildə açıqladığı rəqəmlərə diqqət etsək görərik ki, Əhmədovun sərvəti xeyli azalıb. İş adamının 2016-cı ildə qeydə alınan 1,44 milyard dolları bir il ərzində azalaraq 1,29 milyard olub. Oliqarx nə az, nə çox 15 milyon dollar itirib, dünya reytinqində isə 292 pillə geriləyib. Təqdim etdiyimiz rəqəmlər rəsmi deklarasiyalarda qeyd olunanlardır, qeyri-rəsmi azalmalar isə açıqlanmır. Əhmədovun sərvətindəki itkinin 15 milyondan qat-qat çox olduğu ehtimal olunur.
Azərbaycanlı oliqarxın sərvəti azalır - Milyonlar hara gedir?
Göyçaylı zənginin pulları azalsa da, o istirahətindən geri qalmır. Son günlər Türkiyə mətbuatında onun sərvətindən, xərclərindən bəhs edən çoxlu sayda məqalələr dərc olunur. Azərbaycan əsilli milyarderin istirahətə milyonlar xərclədiyi deyilir. Əhmədovun ailə üzvlərinin də gündəlik xərcləri, şopinq, istirahət, kef məclislərinə verdikləri pullar baş gicəlləndirir. 
Azərbaycanlı oliqarxın sərvəti azalır - Milyonlar hara gedir?
Oliqarxın 6 mart tarixində sosial şəbəkədəki hesabında paylaşdığı bir foto diqqət çəkir. Həmin fotodan iş adamının oğlu ilə birlikdə “Mar-a-Lago”da dincəldiyi görünür. Hansı ki “Mar-a-Lago” hər adamın arzuladığı, amma gedə bilməyəcəyi bir məkandır. 
Azərbaycanlı oliqarxın sərvəti azalır - Milyonlar hara gedir?
Qeyd edək ki, “Mar-a-Lago” 1927-ci ildə Florida ştatında salınıb. Kurort və eyni zamanda milli-tarixi, lüks məkandır. 1985-ci ildə “Mar-a-Lago” iş adamı, hazırki ABŞ prezidenti Donald Trump tərəfindən satın alınıb. Trump ailəsi tez-tez orada qalır və məkanı "Cənub Ağ Evi" adlandırırlar. 
Tramp müsahibələrinin birində “Mar-a-Lago”da həftə sonları istirahət etmək üçün 3 milyon xərclədiyini etiraf edib. Görünür, Əhmədovun pulları “Mar-a-Lago” kimi lüks məkanlarda havaya sovrulur. 

Azərbaycanlı oliqarxın sərvəti azalır - Milyonlar hara gedir?
Xarici KİV-lərdə yer alan digər bir məlumata görə, azərbaycanlı zəngin bu yaxınlarda təxminən 100 milyon dollarlıq “Luna” adlı yaxtasıyla Türkiyə sahillərinə gəlib. O, gününü lüks yaxtasında ailəsi -3 uşağı ilə birgə keçirib. Beş mərtəbədən ibarət olan “üzən saray”da bir helikopter, qapalı hovuz, sürət katerləri də var. Yaxtada xidmətçi və mühafizəçilər daxil olmaqla 50 nəfər çalışır. 
Milyarder bir neçə ay öncə yarım milyardlıq boşanma qalmaqalı ilə gündəmə gəlmişdi. Məlumatlarda bildirilirdi ki, London məhkəməsi F.Əhmədovun keçmiş həyat yoldaşı Tatyanaya 584 milyon dollar təzminat ödəməli olduğuna dair qərar çıxarıb. Bu məsələ ilə bağlı KİV-ə açıqlama verən iş adamı haqqında qərəzli məlumatların yayıldığını demişdi. Xəbərlərdə Tatyananın oliqarx həyat yoldaşına oğlunun sinif yoldaşları ilə xəyanət etdiyi vurğulanırdı.
Son günlər yerli və xarici KİV-lərin diqqətini çəkən F.Əhmədov sahibi olduğu milyonları necə əldə edib?
15 sentyabr 1955-ci ildə Göyçayda anadan olan F.Əhmədov 15 yaşında Moskvaya gedərək qaynaqçı-çilingər ixtisası üzrə texniki peşə məktəbini bitirib. Məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib. 1977-ci ildə əmtəə və əmtəəşünaslıq ixtisası üzrə Skryabin adına Baytarlıq Akademiyasını bitirib. Sonradan təhsilini davam etdirərək Ali İqtisadiyyat Məktəbini başa vurub.
1987-ci ildə "Tansley Trading" şirkəti yaradaraq neft-qaz sahəsində işə başlayıb. "Transley Tradinq"in tərəfdaşları arasında "Qazprom" kimi nəhəng şirkətlər var idi. Şirkət neft, eləcə də xüsusi neft-qaz avadanlıqlarının təchizatı ilə məşğul olurdu.
Fərhad Əhmədov 1989-cu ildə Azərbaycan Beynəlxalq Neft Konsorsiumunun ideoloqu kimi çıxış edərək, bu layihəyə "Amoso Eurasia" və "McDermott" kimi nəhəng şirkətləri cəlb edib.
1993-cü ildə "Transley Tradinq"in adı dəyişdirilərək "Farko Qrup" olub. "Farko Qrup" Rusiyanın Şimal-Urenqoy yataqlarında layihə üzrə aparılacaq hasilat işlərinə operator qismində dəvət alıb. Elə həmin ildən etibarən F.Əhmədov bu yataqda hasilat işləri aparan "Nortqaz" şirkətinin Direktorlar şurasının üzvü olub. 1999-2004-cü illər arasında isə şirkətin prezidenti qismində layihəyə bilavasitə rəhbərlik etməyə başlayıb. 2004-cü ilin 9 dekabrında Krasnodar vilayətindən Rusiyanın Federasiya Şurasının üzvü seçildikdən sonra "Nortqaz"ın prezidenti vəzifəsindən könüllü istefa verib.
Paralel olaraq Fərhad Əhmədov elmi fəaliyyətlə də məşğul olmağa başlayıb. O, Rusiya və MDB ölkələrinin neft-qaz kompleksinin problemləri ilə bağlı çoxsaylı monoqrafiya və elmi məqalələrin müəllifidir. 1997-ci ildən Texnoloji Elmlər üzrə Beynəlxalq Akademiyanın müxbir üzvüdür. O, 2000-ci ildə İ.M.Qubin adına Rusiya Neft və Qaz Dövlət Universitetinin aspiranturasını bitirib. İqtisad elmləri namizədidir. 1996-2006-cı illər arasında "Neft-qaz üfüqləri" jurnalının naşiri olub.
Sahibkar bu məqsəd üçün Azərbaycanda yerləşən, bir zamanlar atasının rəhbərlik etdiyi nar şirəsi istehsalı üzrə "AzNar" adlı kiçik zavodu satın alıb.

 






Fikirlər