“İrəli” dən YENİ LAYİHƏ

“İrəli” dən yeni layihə

“İrəli” İctimai Birliyinin​ təşkilatçılığı ilə “Azərbaycan İntellektual Birİncisi” layihəsinin açılış mərasimi olub. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə müdir müavini Şəmsi Gülverdiyev, “İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı, layihə koordinatoru Tərlan Məmmədli çıxış edib. Rəsmi hissə bitdikdən sonra Binəqədi, Yasamal, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Səbail, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının gənc intellektuallarının iştirakı ilə Bakı şəhəri turniri keçirilib.

 Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. 

Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.

 

 






Fikirlər