“JURNLlİSTika infarkt və yüksək QAN TƏZYİQinin ən çox rast gəlindiyi peşədir”
Acıbadəm Universiteti Atakent Xəstəxanası Kardiologiya uzmanı Dr. Ahmet Karabulut İnfarkt və yüksək qan təzyiqinin ən sıx rast gəlindiyi peşənin Jurnalistika olduğunu açıqlayıb. Onun sözlərinə görə bunun səbəbi jurnalistlərin daha gərgin və stressli iş həyatına sahib olmalarıdır. AzerTaym.az modern.az-a istinadən bildirir ki, jurnalistlərdə riski artıran bir digər faktor masa arxasında çalışan müxbirlərin hərəkətsiz həyat sürməsidir. Buna siqaret çəkmək kimi zərərli vərdişlər əlavə olunduqda isə infarkt və yüksək qan təzyiqi qaçılmaz olur: “Özəlliklə siqaret çəkən müxbirlər qaçdıqları zaman nəzbdə ani artım, qan təzyiqində ani yüksəlmə meydana gəlir. Bu vəziyyət infarkta yol aça bilər. Bunlardan əlavə idmana zaman ayırmayan jurnalistlərin ortaq problemlərindən biri də ürək döyüntüsünün hiss ediləcək səviyyəyə gəlib çatmasıdır. Bu da nəfəs darlığına gətirib çıxarır. 50 yaşdan yuxarı jurnalistlərdə anidən yaranan nəzbdəki artım daha ciddi ritm pozğunluğuna səbəb olur”.