SHXÇDX-nin Mingəçevir şöbəsinin rəisi Qarabağ veteranının lazımi sənədlərini vermir

SHXÇDX-nin Mingəçevir şöbəsinin rəisi Qarabağ veteranının lazımi sənədlərini vermir"Mən Qarabağ müharibə veteranları üçün təyin olunmuş imtiyazlardan istifadə edə bilmirəm"

Bolgexeber.com-un elektron poçtuna Hümmətov Mahir Bəhmən oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur. Həmin şikayət məktubunu olduğu kimi təqdim edirik:

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ.
CƏNAB İLHAM ƏLİYEVƏ.


SÜRƏTİ :
AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ NAZİRİ
CƏNAB GENERAL POLKOVNİK ZAKİR HƏSƏNOVA.


AZƏRBAYCAN RESPUBLİKASININ SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN RƏİSİ.
CƏNAB GENERAL LEYTENANT ARZU RƏHİMOVA.


Ağdam rayon Qalayçılar kəndində anadan olmuş, Mingəçevir şəhər Təbriz küçəsi ev 11 A, mənzil 48 qeydiyyatda olan və yaşayan Qarabağ müharibə veteranı Hümmətov Mahir Bəhmən oğlu tərəfindən.

Ş i k a y ə t ə r i z ə s i

Hörmətli Prezident, cənab Ali Baş Komandan !

Bildirmək istəyirəm ki, dəfələrlə müraciətimə baxılmayıb, məcbur qalıb Sizə müraciət edirəm, mən iki il SSSR-də xidmət etmişəm, 01.07.1992-cil tarixdən 20.10.1992-ci il tarixdək 836 saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm, mənə 24.04.1997-ci ildə Vətən Müharibəsi Veteranı birliyindən və 14.12.1999-cu ildə Mingəçevir şəhər Hərbi komissarlığından Qarabağ müharibə veteranı vəsiqəsi ilə təmin olunmuşam. 01.03.2006-cı ildən etibarən Vətən müharibəsi veteranları birliyinin üzvüyəm. Lakin döyüşlərdə iştirakıma və bütün sənədlərimin olmasına baxmayaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər idarəsi mənə lazımı sənədlərin verilməsinə maneçilik törədir və mən Qarabağ müharibə veteranları üçün təyin olunmuş imtiyazlardan istifadə edə bilmirəm. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər idarəsinin rəhbərliyi məni məcbur edir ki, mən Qarabağ qazisi bu barədə Sizə və məhkəməyə müraciət edim. Yuxarıda qeyd etdiyim tarixlərdə mənim Qarabağ müharibəsində iştirakım, tam araşdırılıb və mənə Qarabağ müharibəsi veteranı vəsiqəsi verilmişdir.

Hörmətli Prezident, cənab Ali Baş Komandan !

Sizdən xahiş edirəm ki, Müdafiə Nazirliyinin Mərkəzi arxivlər idarəsindən mənə xidmətim haqqında arxiv arayışının verilməsinə və Qarabağ müharibə veteranları üçün nəzərdə tutulmuş imtiyazlardan vaxtlı vaxtında istifadə etməyim məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər idarəsinin rəhbərliyinə mənə maneçilik törədilmədən lazımı sənədlərin və arayışların verilməsinə müvafiq göstəriş verəsiniz.

İmza: Hümmətov Mahir Bəhmən oğlu

15.01.2015-ci il.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com






Fikirlər