Deputatın möhtəşəm villası – FOTOLAR
Ancaq ölkə qanunun kağız üzərində olması və çoxlu sayda məmurlarımızın, millət vəkillərimizin bu qanunu tapdalaması isə hər kəsə gün kimi aydındır.
Dünyanın normal ölkələrində millət vəkilləri parlamentdə adətən vətəndaşların, seçicilərinin problemlərini, vətəndaşaların sosial narazılıqlarının həlli ilə məşğul olur, yaxud bu problemləri gündəmə gətirməklə dövlətin aidiyyatı orqanlarının diqqətini həmin problemlərə yönləndirirlər.
Amma ölkəmizdəki bir çox deputatlar sadəcə kresloda mürgüləməklə məşğuldurlar. Çünki onlar millətin vəkili yox, məhz öz şəxsi problemlərini həll etmək üçün deputat kürsüsünü məşğul edirlər.
Azərbaycanda deputatların çoxusu açıq-aşkar şəxsi bizneslə məşğul olduğu media mənsublarına və ictimaiətə yaxşı məlumdur. Bu deputatlar bir qayda olaraq şəxsi bizneslərini uşaqlarının, qardaşlarının, ya da özündən başqa heç kəsin tanımadığı bir şəxsin adına rəsmiləşdirir və işlərini rahat şəkildə yönləndirirlər.
Belə deputatlardan biri də Milli məclisin 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat Tahir Süleymanovdur. Depuat Tahir Süleymanovun Şabran və Siyəzən rayonalarında çoxsaylı obyektləri, torpaq sahələri, heyvandarlıq komplekslərinin olduğu həmişə mediada işıqlandırılıb. Amma Tahir Süleymanov heç vaxt bunları boynuna almayıb. Hətta bir müddət əvvəl deputatla Siyəzən rayon icra başçısı arasında hansısa bir obyektin üstündə söz söhbətlərin baş verdiyi barədə mətbuatda silsiləli informasiyalar yayılmışdı.
AzFak.com-un əməkdaşı bu gün deputat Tahir Süleymanovun Siyəzən rayonunda tikib başa gətirdiyi dəbdəbəli villasın şəkillərini çəkib. Qeyd edək ki, həmin villanın ərazisi 1 ha, qiyməti isə bir neçə milyondan çoxdur. Deputatın villasının yanında isə məscid yerləşir – Allah evi. Ancaq Allah evi Tahir Süleymanovun villası ilə müqayisədə çox kasıbyanadı və deputat villasının dəbdəbəsinin yanında Allahın evi doğurdan bir komanı xatırladır.
Xatırladaq ki, Tahir Süleymanov əldə etdiyi bütün biznes obyektlərinin, imarətlərinin, torpaq sahələrinin böyük bir hissəsini məhz deputat olduğu müddətdə əldə edib. Görəsən hörmətli deputat 1850 manat əmək haqqıyla bu qədər var dövləti necə əldə edib. Bəlkə seçiciləri Allah yolunda deputata “öz yardım əllərini uzadıblar”?
Yaşı 70-i haqlamış Tahir Süleymanovun Avropanın ən bahalı məkanlarında istirahət etdiyi deyilir. Halbuki Dövlət başçımız İlham Əliyev özünün 50 illik yubleyini Ağcabədi rayonunda məcburi köçkünlərlə keçirtmişdi. Çünki İlham Əliyev bütün Azərbaycan vətəndaşının prezidentidir.Tahir Süleymanov isə parlamentdə yatan, “millət vəkili”mandatı adı altında dövlətdən, vətəndaşdan milyonlar oğurlayan deputatdır.
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.