Yevlax icra hakimiyyətində qalmaqal - Özəl
Yevlaxın icra başçısı Qoca Səmədov iki müavinin vəsait və nüfuz savaşı arasında qalıb
AzFakt.com-a Yevlax rayondan ilginc informasiya daxil olub. Həmin məlumatda bildirilir ki, rayon icra başçısı Qoca Səmədov, birinci müavini Qənimət Qaraşov və digər müavin Namiq Süleymanov arasında münaqişə yaranıb. Baş verən münaqişənin səbəbi isə Yevlax rayonunun sosial iqtsadi inkşafına və abadlaşdırılmasına ayrılan külli miqdarda vəsaitin xərclənməsi məsələsidir.
Məlumatlı mənbə iddia edir ki, icra başçısının müavini, sosial iqtisadi inkşafın proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışan Namqi Süleymanov Yevlax rayonun sosial inkşafı, abadlaşdırılması üçün ayrılan vəsaitlərin böyük bir hissəsini təkbaşına özünə yaxın şirkətlərə vermək istəyib. Qeyd olunur ki, ötən ildə icra hakimiyyətinin başçısının müavini əksəriyyət tenderləri öz şirkətlərinə verib. Bu isə icra başçısı Qoca Səmədovun və birinci müavin Qənimət Qaraşovun narazılığına səbəb olub.
Bu ildə Namiq Süleymanovun əhəmiyyətli tenderləri öz şirkətlərinə vermək istəməsi qalmaqala səbəb olub. Belə ki, Namiq Süleymanovun bu istəyinə başçının birinci müavini Qənimət Qaraşov qarşı çıxıb. Daxil olan məlumatda qeyd olunur ki, sakit, mülayim bir şəxs olan Qoca Səmədov hazırda bu iki müavinin arasında qalıb.
Mənbə bildirir ki, hirsli və daha böyük vəzifələrə yüksəlmək iddiasında olan Namiq Süleymanov ayrılan vəsitlərdən əldə olunan “gəlirin” çox hissəini özünə götürmək istəyib. Amma Qənimət Qaraşovda həyata keçirilən abadlıq, tikinti, cari təmir işlərindən özünə pay istədiyi üçün ortaya ciddi şəkilədə münaqişə düşüb. Əldə olunan “gəlirin” bir hissəinin icra başçısı Qoca Səmədov, digər hissəsini Qənimət Qaraşov istəməsi Namiq Süleymanovu heç də qane etməyib. Çünki həyata keçirilən abadlıq, tikinti, cari təmir işlərinə birbaşa cavabdeh olan sosial iqtisadi inkşafın təhlili və proqnozlaşdırma şöbəsinin müdiri Namiq Süleymanov ağır bir yükün altına girərək az qazancla çıxmaq istəmir.
Məlumatlı mənbə iddia edir ki, Namiq Süleymanovun Qoca Səmədov və Qənimət Qaraşovla münasibətinin gərginləşməsinin səbəblərindən biri də şəhər təsərrüfat şöbəsi müdirinin təyinatı məsələsidir. Başçının ikinci müavini həmin vəzifəyə özünə yaxın olan şəxsi təyin etdirmək və bununla da icra hakimiyyətindəki gücünü artıraraq de fakto rayonun idarə edilməsini öz nəzarətinə almaq niyyətindədir. Çünki dayanmadan öz işlərini reklam etmək və yuxarı dairələrin gözündə yaxşı görünməklə yüksək vəzifəyə qalxmaq Namiq Süleymanovun bir nömrəli məqsədidir. Mənbəmiz qeyd edir ki, şəhər təsərrüfat şöbəsinin müdiri vəzifəsini müvəqqəti idarə edən şəxs isə hələki Qənimət Qaraşova yaxınlığı ilə tanınır və birinci müavin həmin şəxsin o vəzifəyə təyin edilməsinə çalışır.
Yevlax rayon sakinləri də bildirilər ki, Qoca Səmədov sözün həqiqi mənasında yumşaq və mülayim biri bir şəxs olduğu üçün Namiq Süleymanovla Qənimət Qaraşov Yevlaxda vəsait davasına çıxıblar. Və Yevlax rayonunda, şəhərində son 3 ildə sadəcə olaraq kosmetik bir abadlıq aparılıb. Bütün bunlara cavabdeh olan Namiq Süleymanov isə səsiz şəkildə büdcədən axan yüz min manatlarla vəsaiti təkbaşına mənimsəməklə pul toplamaq və rayonların birinə icra başçısı getmək istəyir. Xatırladaq ki, bir müddət əvvəl Namiq Süleymanovun Goranboy rayonuna başçı təyinatı almaq üçün çalışdığı barədə mətbuatda yazılar dərc olunmuşdu.
Yevlax icra hakimiyyətinə ayrılan vəsiatlər və onalırn necə hara xərclənməsi, cari təmirlərdə şişirdilmiş işlər barəsində saytımıza daxil olan ilginc faktları yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.
P.S. Yazıda adı keçən vəzifəli şəxslərin mövqyeini dərc etməyə hazırıq...