İcra başçısına qarşı şok hərəkət – sakinlər Asif Ağayevin evini “bəzədilər”
Mia.az Gundemxeber.az-a istinadən xəbər verir ki, icra başçısının qanunsuzluqlarının qarşısının alınmadığını görən yerli sakinlər orjinal addım atıblar: "Camaat Asif Ağayevin əhalinin sosial problemlərinə biganəliyindən, rayonda məmur özbaşınalığından bezdiklərini əyani şəkildə nümayiş etdiriblər. Onlar başçıya qarşı cəmiyyətdə rast gəlinməyən "cəza üsulu”ndan istifadə ediblər. Belə ki, icra başçısının yaşadığı evin hasarı və həyətə giriş qapısı mal nəcisi ilə "bəzədilib””.
Məlumata görə, bu olay rayonda böyük rezonas doğurub. İcra başçısı Asif Ağayev məsələnin rayondan kənara çıxmaması üçün mümvafiq tapşırıqlar verib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının icra başçısının həyət hasarını heyvan nəcisi ilə zibilləyənləri axtardıqları da bildirilir...