İcra başçısı Şabranı ayağa qaldırır.
Şabran rayon sakinləri icra başçısı Novruz Novruzovun əməllərindən cana doyub.
Tia.az-a daxil olan məlumata görə, sakinlər etiraz aksiyası keçirməyi planlaşdırır. Sakinlərin sözlərinə görə, rayonun sosial problemləri həll edilməyib. Bundan başqa N.Novruzovun korrupsiya əməllərindən bezən rayon sakinləri dövlətə məxsus torpaqların, hətta qəbiristanlığın belə satışa çıxarıldığını iddia edib. Onların sözlərinə görə, iril-xırdalı bütün sahibkarlardan aylıq vergi yığan icra başçısı paytaxt Bakıda və rayonda biznesini genişləndirməklə məşğuldur. Bildirək ki, N.Novruzov 2007-ci ilin iyunundan Şabran rayon icra hakimiyyətinin başçısıdır.