İcra başçıları ilə bağlı yeni strategiya – bu POSTA GƏNCLƏR GƏTİRİLƏCƏK

Prezidentin seçkidən sonra başladığı təmizləmə prosesinin yeni dalğasının orta ranqlı məmurları əhatə edəcəyi gözlənilir; ekspert: “Proqramın mühüm hissəsi bölgələr və icra orqanları ilə bağlıdır”...

Yaxın vaxtlarda daha bir neçə rayonun icra başçılarının dəyişdirilməsi gözlənilir.

Onların yerinə YAP fəallarının və icra strukturlarında yüksək vəzifə tutmayan gənclərin gətirilməsi planlaşdırılır. Əldə etdiyimiz məlumata görə, yaxın həftələrdən başlayaraq, barələrində daha çox şikayətlər edilən icra başçılarının vəzifələrindən azad olunması ilə yanaşı, onların son üç il ərzindəki fəaliyyətləri təftiş ediləcək. Təxminən 20-yə yaxın icra başçısının fəaliyyətindən doğan əsaslı şikayətlər Prezident Administrasiyası tərəfindən müxtəlif yollarla araşdırılıb və əmin olunub ki, artıq bir sıra yerli icra hakimiyyətlərinin başçıları şikayətlərlə bağlı yuxarının özünü də düzgün məlumatlandırmırlar.

Qeyd edək ki, vətəndaşların əsas narazılıqları xüsusilə özünü “kiçik padşah” kimi aparan icra başçılarındandır və hakimiyyət bu postla bağlı yeni strategiya hazırlayıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 11 aprel seçkilərindən sonra kadr dəyişiklikləri həyata keçirib. Ölkə başçısının ilk dəyişikliyə Nazirlər Kabinetindən başladığı məlumdur. Belə ki, uzun illər hakim komandada mühüm post tutan bir sıra nazir və komitə sədri işdən çıxarılıb.

prezident müşavirədə işıqların ile ilgili görsel sonucu

Onların yerinə isə əvvəldən adı hansısa yüksək vəzifəyə gətirilə biləcək şəxslər olaraq hallanmayan kadrlar gətirilib.  Yeni nazirlər və komitə sədrlərinin təyinatında daha çox gənc kadrlara stavka edilib. Ölkə başçısının kadr dəyişikliklərinin davamlı olacağı bildirilirdi. Proqnozları 10-dan artıq rayonun icra başçısının vəzifədən azad edilməsi doğrultmuş oldu.

Bu günlərdə əldə etdiyimiz məlumatlarda deyilir ki, yerlərdə narazılıq yaradan icra başçılarının vəzifədən götürülməsi davam edəcək.

Yeganə Hacıyeva ile ilgili görsel sonucu

Gənc Demokratlar İnstitutunun direktoru Yeganə Hacıyeva bildirdi ki, prezident İlham Əliyevin icra orqanlarında seçkilərdən sonra başladığı və yaxınlarda davam edəcəyi “təmizləmə işləri” seçkilərdən sonra hökumətin tərkibində aparılan genişmiqyaslı dəyişikliklərin davamı sayıla bilər: “Cənab prezident qarşıya mühüm strateji vəzifələr qoyub. Biz onları islahat proqramları adlandıra bilərik. Yəni yeni dövrün öz xarakteristikası var. Bu ondan ibarətdir ki, hökumət, yerli icra orqanları maksimum şəffaf işləməyə çalışmalı, əhali üçün əlçatan olmalı və çevik qərarlar qəbul etməlidir. Dövlət başçısı tərəfindən müəyyən edilmiş kursu insanlara çatdırmalıdırlar. Hansısa korrupsiya və s. kimi təyinatsız, ünvansız xərcləmələrə yol verilməməlidir. Proqramın mühüm hissəsi bölgələr və icra orqanları ilə bağlıdır”.

məmurlar ile ilgili görsel sonucu

Bəs yerlərdəki vəzifədən çıxarılacaq icra hakimiyyəti başçılarının yerinə təyinatlarda köhnə kadrların, yoxsa yüksək təhsilli gənc kadrların təyinatı gözləniləndir?

Həmsöhbətimiz bildirdi ki, istər icra başçısı, istər başqa yüksək vəzifəli şəxs olsun, təyin olunan kadrlar müasir dövrün tələblərinə cavab verməlidirlər: “Biz seçkidən sonra Nazirlər Kabinetinə daxil edilən yeni nazirlər və komitə sədrlərinə diqqət edəndə məhz bu məqamın əsas götürüldüyünü görürük. Bu baxımdan hesab edirəm ki, icra başçıları təyinatında da müasir informasiya-kommunikasiya sistemlərini yaxşı bilən, müasir iqtisadi proseslərdən baş çıxaran, onları öz rayonu, əhalisi üçün tətbiq edən, iş adamlarına rayonun qapısını açmağı bacaran, əhali ilə ünsiyyət qurmaq bacarığı olan adamlar bu təyinatlarda yer alacaqlar. Cənab prezident də çıxışlarında yerlərdəki icra başçıları qarşısında bu kimi tələbləri qoyub. İstər köhnə kadr olsun, istər gənc məhz bu tələblərə cavab verməlidir”.

Y.Hacıyeva vurğuladı ki, icra başçılarının dəyişdirilməsinə sıradan dəyişiklik kimi yanaşmaq lazım deyil. Çünki icra hakimiyyəti başçısı vəzifəsi mühüm dövlət postudur və bu vəzifəyə təyin olunan şəxslər bölgələrdə dövlətin əsas siması, prezidentin nümayəndəsidir.

Digər ekspertlər də hesab edir ki, icra başçıları seçilərkən onların dövlətçilik təfəkkürü, idarəetmə qabiliyyəti, insanlarla işləmək bacarığı və s. nəzərə alınmalıdır və alınır.

Rayona şəxsi müəssisələri kimi yanaşan icra başçıları insanları hakimiyyətdən, dövlətdən narazı salırlar. Ya onlar rayonun “kiçik padşahları” təfəkkürünü dəyişməli və xalqa xidmət etmək məsuliyyəti ilə yaşamalıdırlar, ya da vəzifədən kənarlaşdırılmaları mütləqdir.






Fikirlər