Azərbaycana QIŞ FƏSLİNİN gələcəyi VAXT AÇIQLANIB

Bu il Azərbaycana qış fəslinin daxil olacağı vaxt açıqlanıb.

AzerTaym.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov “Report”a açıqlamasında deyib ki, qış fəsli ölkəyə dekabrın 22-si saat 02:22:42-də qədəm qoyacaq.

Onun sözlərinə görə, qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur: “Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur”.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycana yaz martın 21-də Bakı vaxtı ilə saat 01.58-də, yay iyunun 21-də saat 19.54-də, payız sentyabrın 23-də saat 11.50-də, qış isə dekabrın 22-də saat 08.19-da daxil olacaq. 






Fikirlər