Hacı İbrahim Nehrəmlini həbs edəcəklər,bu dəfə vergi ödəmədiyinə görə!
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı 13 iyul tarixli iclasında vergi orqanlarının ünvanına səsləndirdiyi iradlar, xüsusilə də vergi borcları ilə bağlı sərt tənqidi Vergilər Nazirliyini hərəkətə keçirib.
Məlumata görə, bu günə kimi müxtəlif yollarla vergi borclarını ödəməkdən yayınan və ya az ödəyən qurumlarda ciddi yoxlamaların aparılacağı və bu yoxlamaların nəticəsindən asılı olaraq ciddi tədbirlər görüləcək. Vergilərini ödəməkdən yayınan bəzi iş adamlarının və onların himayədarlarının cəzalandırılmasının da şahidi ola bilərik. Bu mənada “Avesta Konserni” MMC-nin bir qrup sabiq əməkdaşının Vergilər Nazirliyinə müraciəti Hacı İbrahim Nehrəmlini ilk həbs olunanlardan birinə çevirə bilər.
Azərtaym.az-a daxil olan məlumata görə Hacı İbrahim tərəfindən hüquqları pozulan “Avesta Konserni” MMC-nin bir qrup əməkdaşı vergilər naziri Fazil Məmmədova müraciət hazırlayırlar.
Həmin müraciətdə “Avesta Konserni” MMC-də baş verən maliyyə fırıldaqları, vergidən yayınma və saxta sənədlərlə bankdan pulların çıxarılması kimi məsələlərlə bağlı konkret faktlar göstərəcəklər.
Azərtaym.az-a bununla bağlı xəbər verən mənbəənin bildirdiyinə görə,bu məlumatlardan biri belə Hacı İbrahim Nehrəmlinin həbsinə yol aça bilər.
Xatırladaq ki, Hacı İbrahim Nehrəmli Azərbaycan Beynəlxalq Bankına olan borclarına görə artıq bir dəfə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İndi isə Vergilər Nazirliyi ilə başı dərdə olan iş adamının maliyyə fırıldaqlarına dair faktların açıqlanaması onun uzun müddətli həbsini qaçılmaz edə bilər.