Hüquq müdafiəçilərindən Prezidentə təşəkkür
BakuPost-un məlumatına görə, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev ONA-ya açıqlamasında bildirib ki, bu gün dövlət başçısı tərəfindən imzalanan əfv sərəncamı Prezident İlham Əliyevin güclü lider olduğunu nümayiş etdirir: "Dövlət başçısı humanizm, mərhəmət prinsiplərinə sadiq qaldığını sərgilədi. Novruz bayramı ərəfəsində bu addım möhtəşəm hədiyyə oldu. Prezident bu humanist yanaşmayla cəmiyyətimizdə birlik, güvən hissini daha da gücləndirdi. Əfv Komissiyasının üzvü, hüquq müdafiəçisi kimi dövlət başçısına bu humanist addıma, ictimaiyyətin rəyinin nəzərə alınmasına görə təşəkkür edirəm”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da əfv sərəncamı imzalamasına görə ölkə başçısına təşəkkür edib: "Biz bu sərəncam öncəsi əlimizdən gələni etmişdik. Amma 400-dən çox adamın azadlığa buraxılması çox müsbət qərardır”.
O bildirib ki, budəfəki əfv sərəncam digərlərindən fərqlənir:"Çünki çoxdan azadlığa buraxılmayan adamlar azad edilib. Bizim istədiyimiz çox insana bu sərəncamın şamin ediləcək. Arzu edirəm ki, həmişə belə olsun. Qalanları da yavaş-yavaş azadlığa çıxacaqlar. Biz bu əfv öncəsi bir çox insanlarla, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüş keçirmişdik. Onlara da bizim xahişimizi bildirmişdik. Bizim təkliflərimizi nəzərə aldıqlarına görə onlara da təşəkkürümüzü bildiririk”.