“O, harda olubsa, orada canlanma baş verib” - Deputatlar Cavid Qurbanov haqda DANIŞDILAR
Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun 61 yaşı tamam olur. Cavid Qurbanov 1 yanvar 1958-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1975-ci ildə Kəlbəcər rayon orta məktəbini bitirib. 1975-1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışıb. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirdikdən sonra - 1987-1992-ci “Elektromexanizasiya” Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor işləyib. 1992-1993-cü illərdə Respublika İxtisaslaşdırılmış “Avtonəqliyyat” Birliyində baş direktor, 1993-1994-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətində prezident vəzifəsində işləyib. 1995-ci ildə “Azərərzaqnəqliyyat” Birliyində direktor olub. 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu idarəsinin Təchizat şöbəsində rəis işləyib. 1997-2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis vəzifəsində çalışıb. 2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi vəzifələrində çalışıb. 2007-ci ilin fevral ayından “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə çevrilməsilə əlaqədar, “Azəryolservis” ASC-nin sədri olub. 12 oktyabr 2016-cı il tarixindən Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib. 18 sentyabr 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.. 123 saylı Kəlbəcər Seçki Dairəsindən III, IV və V çağırış Milli Məclisə deputatı seçilib. Hazırda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində təmsil olunur. Yeni Azərbaycan Partiyasının üzvü, texniki elmlər namizədidir. Deputat həmkarları Cavid Qurbanovun doğum günü ilə bağlı fikirlərini Modern.az-la bölüşüblər. “Cavid Qurbanov harada işləyibsə, hər zaman Azərbaycan dövlətinə, millətinə xidmət edib. İstər “Azəravtoyol”da, istər "Azərbaycan Dəmir Yolları"nda gördüyü işlər göz qarşısındadır. Azərbaycan "Azərbaycan Dəmir Yolları"nda aparılan islahatlar, Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi, Bakı-Gəncə sürət qatarı, Bakı-Sumqayıt qatarı, Bakı kəndlərini birləşdirən dairəvi dəmir yolunun çəkilməsi kimi bir çox işlər görülüb. Cavid Qurbanov millət vəkili kimi də çox aktivdir, əhalinin xeyrinə olan məsələləri hər zaman gündəmə gətirir. Mənimlə eyni komitədədir, orada da hər zaman fəallıq göstərir. Deputat seçildiyi Kəlbəcər əhalisi ilə də daim görüşür, onlara yardımlar edir. Cavid Qurbanova uzun ömür, can sağlığı arzu edirəm. Uğurları daim artsın”. Cavid müəllim həm də sədaqətli dostdur, daşımış olduğu ideyalara, mənəvi dəyərlərə çox sadiqdir. O bu gün ölkə Prezidentinin tapşırıqlarını çox sədaqətlə həyata keçirməkdədir. Cavid Qurbanov həm də gözəl ailə başçısıdır, mən özüm bir sıra epizodlarda bunun şahidi olmuşam. Bütün üstün keyfiyyətləri özündə daşıyır. Allah ona can sağlığı versin, üzündən təbəssüm əksik olmasın”. “Cavid Qurbanovu ad günü münasibəti ilə təbrik edirəm, iş fəaliyyətində uğurlar arzulayıram. Dövlətimizin, dövlətçiliyimizin inkişafında, möhkəmlənməsində fəaliyyətində uğurlar arzulayıram. Cavid Qurbanov respublikamızda çox vacib, məsul bir sahəyə rəhbərlik edir. Rəhbərlik elədiyi dövrdə həmin sahədə diqqətə çatacaq uğurlar, inkişaf müşahidə olunur. Cavid Qurbanovu dövlətçi, sədaqətli, etibarlı bir həmkarım kimi tanıyıram. Bir daha can sağlığı arzulayıram”.
9 fevral 2015-ci ildən bu günə qədər "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov:
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı:
“Dəyərli dostum Cavid Qurbanovu təbrik edirəm. Ona bundan sonra da səmərəli fəaliyyəti üçün Allah uzun versin. Cavid Qurbanov həm millət vəkili kimi, həm də “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri kimi çox önəmli bir fəaliyyətlə məşğuldur. O, mahiyyət etibarı ilə yaradıcıdır. Rəhmətlik babası Dədə Şəmşirin yaradıcılıq istedadı, şeir yazmaq bacarığı ona da keçib. Cavid Qurbanov hansı işdə olubsa, orada yaradıcılıq, canlanma, səliqə-səhman var. Son illərə qədər Azərbaycan dəmir yollarında vəziyyət bərbad idi. Ancaq Cavid Qurbanov ölkə Prezidenti tərəfindən bu vəzifəyə təyin olunandan sonra sözün həqiqi mənasında canlanma özünü özünü göstərdi. Dəmir yollarımız tamamilə yenidən qurulur, dünya standartları səviyyəsinə çatdırılıb. Bunlar Cavid müəllimin əməyi nəticəsində baş verməkdədir.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov: