Bu gündən minimum pensiya 200 MANATdır

Bu gündən minimum pensiya 200 manatdır

Bu gündən etibarən Azərbaycanda əmək pensiyalarının minimum məbləği 40 manat artaraq 200 manat olacaq.

"AzerTaym.az" "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2019-cu ilin avqustun 14-də təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda öz əksini tapıb.

Qanuna əsasən, 2019-cu il 1 oktyabr tarixindən əmək pensiyasının minimum məbləği 200 manat məbləğində müəyyən olunub.

Qeyd edək ki, bunadək əmək pensiyasının minimum məbləği 160 manat olub. Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olub. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. 






Fikirlər