“AzərEnerji" gənc və perspektivli kadrların YOLUNU AÇIR

Azərenerji” ASC-nin rəhbərliyi Dövlət başçısının enerjisitemin perspektivləri ilə bağlı qarşıya qoyduğu hədəflərə çatmaq, gənc kadrları önə çəkmək, peşəkarlara şərait yaratmaq məqsədi ilə kadr məsələsinə xüsusi diqqət ayırır. 

 "AzerTaym.az" qurumun mətbuat xidmətinə istinadən bildirir ki, son aylarda kadr hazırlığı məqsədilə Tədris Mərkəzinin formalaşdırılmasından tutmuş, fasiləsiz təhsil, davamlı insan resurslarının inkişafı və başqa istiqamətləri özündə əks etdirən xüsusi konsepsiya hazırlanaqar icrasına başlanılıb.

 Bununla yanaşı elektrik stansiya və şəbəkələrində çalışan mütəxəssislərin bilik və peşəkarlıq səviyyələrinin artırılması məqsədilə 18 ixtisasartırma və 13 işə qəbul kursu təşkil olunub.

 İxtisasartırma kurslarına 220 nəfər, işə qəbul kurslarına isə 136 nəfər cəlb edilib. Bundan əlavə Wartsila şirkəti tərəfindən Nəzarət Ölçü Çihazları və Avtomatika üzrə ixtisasartırma kursunda iştirak üçün 5 nəfər Finlandiya göndərilib. Eyni zamanda “General Elektrik” və ABB şirkətlərinin nümayəndələri Azərbaycana gələrək xüsusi kurslar təşkil ediblər.

 Belə ki, “General Elektrik” tərəfindən ixtisasartırma kursuna  10 nəfər, ABB şirkəti tərəfindən isə Micro Scada üzrə 5 nəfər, Rele Mühafizəsi və Avtomatika ixtisası üzrə ixtisasartırma kursuna isə 14 nəfər cəlb edilib. Hal-hazırda 8 ixtisasartırma kursu davam etdirilir. Eyni zamanda noyabr ayının 20-dən Elektrik Stansiyalarının bütün texnoloji sexlərində hər vəzifə üzrə ixtisasartırma kursunun başlaması üçün tədris planı hazırlanır. 

 






Fikirlər