Osman Kazımovdan Qubad İbadoğluya SƏRT İTTİHAMLAR
Müsavat başqanının müavini Osman Kazımov Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu və qardaşı Vüqar Bayramlının ünvanına sərt ittihamlar səsləndirib. Yenisabah.az-ın məlumatına görə, Osman Kazımovun qardaşları hədəfə almasının səbəbi “Facebook”da “Füzulilər” səhifəsində təhqir edilməsilə bağlıdır. Müsavat başqanının müavini bildirib ki, onu təqhir edənlər Qubad İbadoğlunun tərəfdarlarıdır. Bunun kökündə isə onun 84 saylı Füzuli seçki dairəsindən namizədliyini irəli sürməsidir. Bu dairədən Vüqar Bayramov da namizəddir: “Qubad İbadoğlunun tərəfdarlarının “Füzulilər” səhifəsində mənim ünvanıma təhqiramiz ifadələr işlətməsi yaxşı hal deyil. 2005-ci il parlament seçkiləri zamanı mən 84-cü dairədən Azadlıq blokunun ilk müəyyən olunmuş namizədi idim. Müəyyən səbəblərə görə Qubad İbadoğlunun xeyrinə namizədliyimi vermədim. Baxmayaraq ki, Qubad İbadoğlunun Füzuli ilə elə bir baglılığı yox idi. Onun qələbə çalması üçün ciddi dəstək verdim. Mətbuatla Füzulilərə müraciət etdim. Qardaşı Vüqar Bayramlı indi bu dairədən namizədliyini irəli sürüb. Olsun. Hüququdur. Amma qardaşının dəstəkçilərinin təhqiri yaxşı hal deyil. Belə mübarizə aparmırlar. Nə mən nə də məni müdafiə edənlər təhqirlərə caab verməyəcəyik. Əgər hesab edirlərsə ki, belə təhqiramiz hərəkətlərlə məni nüfuzdan salıb Qubad İbadoğlunun qardaşı Vüqar Bayramova kömək edəcəklər yanılırlar. Mən Füzulinin qorunması üçün canımı belə əsirgəməyəndə, Füzulinin yaş torpaqlarında yatanda İbadoğlu qardaşları Bakıda isti yorğan-döşəkdə yatırdılar”.