Abdin Fərzəliyev dezinfeksiya və təbliğat işlərinin gedişatı ilə TANIŞ OLUB

Abdin Fərzəliyev dezinfeksiya və təbliğat işlərinin gedişatı ilə tanış olub

Nərimanov rayonunda yerləşən tikinti sahələrində koronovirusla mübarizə məqsədilə dezinfeksiya tədbirləri davam etdirilir. Həmçinin tikintidə işləyənlər arasında infeksiya ilə mübarizə məqsədilə riayət edilməli olan gigiyena qaydaları ətraflı izah olunur.

"AzerTaym.az" qurumun mətbuat xidmətinə istinadən bildirir ki,Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Qərargahın rəhbərliyi rayon ərazisindəki tikintilərdə dezinfeksiya və təbliğat işlərinin gedişatı ilə yerində tanış olublar.

Həmçinin, A.Fərzəliyev 18 saylı şəhər poliklinikasında həkim heyəti və müayinəyə gələn vətəndaşlarla görüşüb və pandemiya şəratində tibb ocağının fəaliyyəti ilə tanış olub.

Nərimanov rayonunda Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvlərindən ibarət qruplar müxtəlif iaşə obyektlərində müəyyən olunmuş qaydalara riayət olunma səviyyəsini mütəmadi yoxlayır, əhali arasında məlumatlandırma-təbliğat işlərini icra edirlər və gün ərzində bir neçə dəfə yoxlama həyata keçirirlər.

Nərimanov Rayon İcra Hakimiyyəti sakinlərdən ciddi karantin rejiminə və Operativ Qərargahın göstərişlərinə riayət etmələrini xahiş edir.

 





 






Fikirlər