Yaddaşsızlıq problemini yox edən 7 üsul
Nevrologiya üzrə mütəxəssis və elmlər doktoru Əli Kamal Ərdəmoğlu yaddaşı gücləndirməyin yollarını açıqlayıb. Milli.Az sputnik-ə istinadən bildirir ki, gündəlik sağlam bəslənərək bir çox xəstəliyin qarşısı alındığı kimi beyni inkişaf etdirmək və bəsləmək də mümkündür. Rejimsiz bəslənmək isə sinir sisteminə mənfi təsir edir. Yaddaşsızlıq problemini həll etmək üçün beynimizi aktiv tutmağımız olduqca vacibdir. Misalçün, alzheimer xəstəliyi təhsilsiz kəslərlə müqayisədə təhsilli insanlarda daha az görülməkdədir. Beynin aktivliyini qorumaq üçün zəka oyunları, şahmat və s.-lərə vaxt sərf edə bilərsiniz. Ən əsası istənilən yaşda xarici dil öyrənmək yaddaşsızlıq və unutqanlıq problemini həll edir. Stresten mümkün qədər uzaq durun. Xroniki hal alan təzyiq və stress də unutqanlığa, yaddaş pozğunluğuna səbəb ola bilir. Yuxusuzluq və yorğunluğun ilk təsir etdiyi mexanizm yaddaşdır. Ona görə də çalışın yaxşı yatın. Unutmayın! Kafi, sağlam və rahat yuxu sizi həm stressdən qoruyar həm də yaddaşsızlıq probleminizi həll edər. Tərkibi vitamin və antioksidanlarla zəngin qidalar qəbul edin. Bol meyvə və tərəvəz yeyin. Piylənmə və artıq çəki də zehnə olduqca mənfi təsir göstərir. Kökəlmədən uzaq durun. Gündəlik idmanla məşğul olun, buna laqeyd yanaşmayın. Hər səhər təmiz havada yüngül tempdə qaçmaq sizin yaddaşınızı dəmir kimi edər. Həmçinin orqanlarınızın sağlam qalmasına köməkçi olar. Spirt, siqaret və narkotik maddələrdən uzaq durun.