Azərbaycanda daha bir rekord göstərici: 471 yoluxma, 5 ölü...
Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 12 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib, 5 574 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Bu gün 6 627 koronavirus testi aparılıb. "AzerTaym.az"