QARADAĞDA DƏFN OLUNAN ŞƏHİDLƏRİN MƏZARLARI KÖCÜRÜLƏCƏK? - Deputatdan açıqlama
Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsində Şəhid olmuş 17 hərbi qulluqçunun ailə üzvləri övladlarının Bakı ətrafındakı Qaradağ rayonunda “boş yerdə” dəfn edilməsinə etiraz edirlər. Bakının Yasamal və Nəsimi rayonundan olan Şəhidlərin Qaradağ rayonu ərazisində dəfn olunmasına etiraz edən valideynlər məzrların ikinci Fəxri Xiyabana köçürülməsini istəyirlər. Bununla bağlı müxtəlif dövlət qurumlarının qarşısında məsələ qaldırınblar. Səbəb kimi isə Şəhid övlasdlarının məzarlarının yol kənarına olmasını və qəbirlərin qrunt sularının altında qalmasını göstərirlər. Dünən ərazidə növbəti dəfə etirazlarını ifadə edən Şəhid ailələri sinə daşlarını qaldıraraq qəbirləri su basdığını göstəriblər. Ancaq təəssüf ki, müafiq qurumlaar məsələyə vaxtında reaksiya verməyiblər. Məsələnin həllinin bir-birinin üzərinə atmaqla narazılıqların böyüməsinə şərait yaradıblar. Qaradağ rayonundan seçilən millət vəkili Aydın Hüseynov da Şəhid ailələrinin tələblərinin vaxtında yerinə yetirilməli olduğunu bildiirib. “Qaradağ ərazisindəki qəbiristanlıqda dəfn olunan şəhidlərlə bağlı məsələyə müvafiq qurumlar tez reaksiya verməli idilər. Ancaq bu olmasa da, indi vəziyyəti düzəltməyə çalışırlar. Şəhid ailələrinin istəyinə uyğun olaraq bu problem həll olunacaq” - dey, deputat “Yeni Sabah”a açıqlamasında qeyd edib . O, bildirib ki, bu problemin qarşısı rahatlıqla alına bilərdi: “Buna baxmayaraq, artıq məsələnin həlli yolunda addımlar atılıb. Onların Fəxri Xiyabanda dəfn olunacaqları ilə bağlı isə fikir səsləndirə bilmərəm”. Aydın Hüseynov qeyd edib ki, şəhidləri inzibati bölgüyə əsasən seçmək düzgün deyil: “Mən onların ruhu qarşısında baş əyirəm. Şəhidlərimizin hər biri bizim üçün əzizdir. Sadəcə olaraq inzibati baxımdan qəbiristanlıq Qaradağ ərazisinə düşür. Şəhidlər özləri isə Yasamaldan, Binəqədidən və Bakının digər rayonlarındandır. Çünki Qaradağ rayonundakı həmin ərazi şəhər qəbiristanlığı sayılır. Ölkənin hər yerindən orada dəfn olunanlar var. Bu qəbiristanlıqda dəfn olunan şəhidlərin heç biri Qaradağ rayonunda qeydiyyatda olan, hərbi komissarlıqdan çağırılanlar deyil. Qaradağın özündən olan şəhidlər başqa yerlərdə dəfn olunub. Sözügedən problemlə bağlı müvafiq tədbirlər görüləcək. Hər bir şəhid ailəsinə dövlət tərəfindən qayğı göstərilir”. Millət vəkili bildirib ki, məsələ öz həllini şəhid ailələrinin istəyinə uyğun olaraq tapacaq: “Onlar dəfn olunarkən belə bir hal yox idi. Bakının relyefi elədir ki, yeraltı sular ola bilər. Sosial şəbəkələrdə bunu qabardanlar çox səhv edirlər. Biz böyük bir qələbə əldə etmişik. Həmçinin müharibədən çıxmışıq, itkilərimiz var. Birlikdə olub güclü şəkildə ermənilərə qarşı qələbə çaldığımız kimi, belə məsələlərdə də bir olmalıyıq. Bu halları qabardanlar düşmən dəyirmanına su tökərək, şəhidlərin adından istifadə edərək özlərini gündəmə gətirirlər”. Ümid edirik ki, Şəhid ailələrinin haqlı tələblərinə məsuliyyətsiz yanaşanlar cəzalandırılacaqlar. AzPolitika.info