Hacıbala Abutalıbovun “sağ əli” HƏBS edildi ...

Hacıbala Abutalıbovun “sağ əli” həbs edildi

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev həbs edilib.

 "AzerTaym.az" bildirir ki, R.Quliyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları saxlayıblar.

Yayılan məlumata görə, korrupsiyada təqsirləndirilən R.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidməti Unikal.org-a faktı təsdiqləyib. Bildirilib ki, R.Quliyevin həbsi ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, R.Quliyev 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, Bakı Şəhər İcra Hakimiyyətində çalışdığı müddətdə keçmiş mer Hacıbala Abutalıbovun ən yaxın adamı saylılıb. 






Fikirlər