Azərbaycanlı jurnalist erməni “deputat“dan yazdı: “İnsan alveri ilə məşğul olur“

Azərbaycanlı jurnalist erməni “deputat“dan yazdı: “İnsan alveri ilə məşğul olur“

Stepanakertdən ayrılanda adam dəli olur. Hər yerdə, yolda Azərbaycan bayraqları var”.

“Yeni Sabah” xəbər verir ki, bunu Qarabağdakı separatçı rejimin “parlamentinin deputatı” Metakse Akopyan sosial şəbəkədə yazıb. 

“Yolda üç azərbaycanlı sakit və rahat şəkildə  böyürtkən yeyir. 

Şuşa tamamilə məhv edilir, dəyişilir. Dəhşətə gəlirəm və başa düşürəm ki, mənim Şuşam bir daha əvvəlki kimi olmayacaq, ruhum bir daha orada olmayacaq".

Tanınmış siyasi şərhçi, jurnalist, Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlı erməni "depatat"a özünün facebook səhifəsində cavab yazıb: 

"Xankəndidə qalmış hərbi cinayətkar xuntanın insan alveri ilə məşğul olan bir "deputat"ı var. Bu "deputat" Şuşa işğal altında olanda oradakı otellərdə gerçəkləşən axçi ticarətindən pay alıb, bəlkə elə özü də xidmət göstərib. Hə, həmin "mama roza" deyib ki, Xankəndindən çıxanda dəli olur, çünki hər yerdə Azərbaycan bayrağı dalğalanır. Bu fahişəyə çox bəd bir xəbərim var. Tezliklə Xankəndində də Azərbaycan bayrağı dalğalanacaq və bizim müvafiq dövlət qurumları onu dəlixanaya salacaq ki, müalicə olunandan sonra törətdiyi əməllərə görə cavab versin", - deyə Şahsuvarlı qeyd edib.






Fikirlər