“Yaxın vaxtlarda XANKƏNDİdə AZƏRBAYCAN BAYRAĞI dalğalanacaq” - Mühüm AÇIQLAMA...
Cənab Prezident bu gün verdiyi fərmanla Xankəndi şəhəri ilə yanaşı Xocalı, Xocavənd rayonları da yeni yaradılan Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edib. Çünki Xankəndi də, Xocalı da, Xocavənd də Azərbacan Respublikasının ərazisidir. "AzerTaym.az" Teleqraf.com-a istinadən erir ki, bunu Milli Məclisin deputatı Elman Məmmədov bildirib. Onun sözlərinə görə, təbii olaraq yeni yaradılan iqtisadi rayona biz bu rayonları daxil etmişik: “Yəni, bu təbiidir və başqa cür də ola bilməz. İndi bizi narahat edən müəyyən məsələlər var. Bu məsələlər hamımızı narahat edir. Yaxın vaxtlarda onlar da həllini tapacaqdır. Yaxın vaxtlarda Xankəndidə də, Xocalıda da, Xocavənddə də, Ağdərədə də Azərbaycanmızın üçrəngli bayrağı dalğalanacaq, himni səslənəcək və orada da Azərbaycan qanunları işləyəcək. Və orada da kimliyindən, milliyyətindən asılı olmayaraq Azərbaycan qanunları qəbul edənlər yaşayacaqdır. Arzuolunandır ki, şəxsən mən arzu edərdim ki, orada yaşayanların hamısı elə biz özümüz olaq. Amma ola bilər ki, müəyyən azlıqlar, müəyyən etnik qruplar, əvvəldən orada yaşayanlar qalar, yaşayar. Bu şərtlə ki, onlar bu günə qədər Azərbaycan qanunlarını pozmayıblar, Azərbaycan xalqına və dövlətinə qarşı cinayət törətməyiblər. Bundan sonra da Azərbaycan qanunlarını qəbul edəcəklər, onların cibində də Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olacaqdır”. Elman Məmmədov qeyd edib ki, bizim ərazimizdə başqa cür yaşamaq mümkün olmayacaq. O, həmçinin qeyd edib ki, artıq iqtisadi rayonların bölgüsü müəyyən olunub: “İndi o müəyyən anlaşılmazlıqlara da təbii ki, yaxın vaxtlarda son qoyulacaq. Müəyyən ərazimizdə qalan separatçı cinayətkarlar, onlara məxsus nələr varsa, hamısı məhv ediləcəklər və ərazimiz o separatçılardan, terrorçulardan, düşmənlərdən təmizlənəcək. İşğaldan azad etdiyimiz digər ərazilərimiz kimi Xankəndidə də, Xocalıda da, Xocavəndə də bizim qanunlar daxilində həmin iqtisadi rayonlar mövcud olacaqlar. Biz bunu yaxın vaxtlarda gözləyirik”.