Kərbəlaya gedənlərdən 70, Məşhədə gedənlərdən isə 10 AZN… - MTN-in daha bir cinayəti

 

 

 

mtnziyaretMTN-in cinayətləri barədə yeni faktlar üzə çıxıb.
AzNews.az xəbər verir ki, nazirliyin yüksək çinli məmurlarının mətbuata məlum olan dəhşətli cinayətləri törədilən qanun pozuntularının yalnız bir hissəsidir. Məlum olub ki, MTN əməkdaşları həm də zəvvarlardan haqq alırlar.
Zəvvarların müqəddəs torpaqlara ziyarətini təşkil edən şəxslərdən AzNews.az daxil olan məlumata görə, MTN Kərbəla və Məşhədə gedənlərdən əlavə haqq alır. Daxil olan məlumatlarda bildirilir ki, Kərbəlaya yola düşməzdən əvvəl zəvvarlar MTN-ə 70 AZN, Məşhədə getmək istəyənlər isə 10 AZN pul köçürürlər. Pul köçürməyən zəvvarlara MTN tərəfindən süni maneələr yaradılır.
Bunun üçün MTN-dən 2 nümayəndə ayrılıb. Həmin şəxslər pulu aldıqdan sonra sənədlərə möhür vururlar.
Məlumata görə, təkcə keçən il Ərbəin ziyarəti zamanı MTN-in hesabına 400 000 min manat pul köçürülüb.
Nəzərə alsaq ki, Kərbəlaya ziyarət təkcə Ərbəin deyil, bütün ilboyu təşkil olunur, o zaman MTN-in hesabına köçürülən pulların miqdarını müəyyən etmək o qədər də çətin deyil.
Məsələ ilə əlaqədar Kərbəla və Məşhəd ziyarətlərinin təşkilatçılarından bir neçəsi ilə əlaqə saxladıq. Onlar faktı AzNews.az-a təsdiqlədilər. Bildirdilər ki, Kərbəla ziyarəti üçün zəvvarlardan 550 manat pul alınırsa, bunun 70 manatı MTN-ə köçürülür.Təşkilatçıların iddiasına görə, MTN-in bu tələbi olmasa, həm zəvvarların xərci azalar, həm də əlavə vaxt itkisi olmaz.






Fikirlər