“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov martın 10-da Mingəçevir və Yevlax rayonlarından olan vətəndaşları qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov martın 10-da Mingəçevir və Yevlax rayonlarından olan vətəndaşları qəbul edib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib. "Mərkəzi Aran" RETSİ-nin Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib. Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər. "AzerTaym.az"