Abşeron rayonunda vətəndaş qəbulları keçirilib ...

Abşeron rayonunda vətəndaş qəbulları keçirilib

Abşeronda, Görədil kəndində baş tutan növbəti səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və kənd sakinləri iştirak edib.

 Səyyar qəbulların artıq ənənə xarakter daşıdığını, hər həftə rayonun kənd və qəsəbələrində əhali ilə görüşüldüyünü bildirən RİH başçısı Abdin Fərzəliyev rayonun problemlərinin dövlət strukturlarının daim diqqət mərkəzində olduğunu, onların araşdırılaraq həlli istiqamətində proqramların hazırlandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra çıxış edən Görədil sakinləri kənd ərazisində əvvəllər fəaliyyət göstərən kitabxananın fəaliyyətinin yenidən bərpa edilməsində, daxili küçələrin işiqlandırılmasında və abadlaşdırılmasında, kənd qəbiristanlığı üçün əlavə ərazinin ayrılmasında, şəhid Yusifov İlqar Əliməstan oğlunun adını daşıdığı Görədil kənd tam orta məktəbdə onun büstünün qoyulmasında, marşrut avtobuslarının qət etdiyi məsafənin və intervallarının artırılmasında, kənd stadionunun təmir edilməsində, küçə adlarının yazıldığı lövhələrin asılmasında köməklik göstərilməsini xahiş ediblər. 

Növbəti gün Abşeron Rayon İcra Hakimiyyətində baş tutan vətəndaş qəbulunda isə şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.

Daha sonra sakinlər şəhidlərin adlarını daşıyan küçələrin abadlaşdırılmasında, sənədsiz evlərin sənədləşdirilməsində, kənd və qəsəbələri rayon mərkəzi – Xırdalan şəhəri ilə bağlayan yeni marşrut xəttlərinin yaradılmasında və mövcud xəttlərdəki avtobusların sayının artırılmasında, yeni məktəb və bağça binalarının tikilməsində və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə həll edilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 




 






Fikirlər