Hər il aprelin 15-i Ekoloji Bilik Günü kimi qeyd olunur ...
1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin ətraf mühit problemlərinə həsr olunan konfransında bəşəriyyətin davamlı inkişafı üçün ekoloji təhsilin əhəmiyyəti vurğulanıb və həmin vaxtdan etibarən 15 aprel “Ekoloji bilik günü” kimi bütün dünyada qeyd olunmağa başlayıb.
Dünya miqyasında bu günün təsis olunmasında məqsəd cəmiyyətdə ekoloji biliklərin, ekoloji mədəniyyətin formalaşması və dünya əhalisinin ekoloji təhsilinin əhəmiyyətinə diqqət çəkməkdir.