Mehriban Əliyeva kəlağayıya naxış vurdu - Fotolar+VİDEO
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar. “Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı və birinci xanım buradakı emalatxanada kəlağayı ustası ilə söhbət ediblər. Mehriban xanım Əliyeva: Salam, xoş gördük. Prezident İlham Əliyev: Salam. Usta: Salam. Xoş gəlmisiniz. Allah Sizi var eləsin. Mən Sizinlə fəxr edirəm ki, Sizin sayənizdə Azərbaycan xalqı qalib gəldi. Prezident İlham Əliyev: Sağ olun. İşləriniz necə gedir? Usta: Yaxşıdır, çox sağ olun. Prezident İlham Əliyev: Müştəri çoxdur? Usta: Bəli, olur. Çox sağ olun. Allah Sizi var eləsin. Fuad Nağıyev: Cənab Prezident, turistlər yavaş-yavaş gəlməyə başlayıblar. Usta: Mehriban xanım, bu, bizim naxışımızdır, biz buna “Basqalı” naxışı deyirik. İstəyirsinizsə, əyləşin, bir naxış da siz vurun. Birinci xanım Mehriban Əliyeva kəlağayıya naxış vurdu. Usta: Mehriban xanım, bu, qədim təsvirləri olan kəlağayıdır. Biz buna “Heratı” deyirik. Naxışları təmiz Azərbaycan naxışlarıdır. Bu naxışların ən azı 300-400 illik tarixi var. Bunu bu alətlə işləmişəm. O dövrdə ustalar bunu necə gözəl yonublar. Azərbaycan sənətkarlar yurdudur. Bu da onun bir nümunəsidir.