Azərbaycanda məşhur şirkətin dövlətə milyonlarla borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, "Evfemiya" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 milyon 777 min 345 manat 41 qəpik vergi borcu var.
Bu şirkətin təsisçisi adı son illər müxtəlif qalmaqallarda hallanan İsmayılov Gəncəli İsmayıl oğludur. Əldə etdiyimiz məlumata görə, artıq onun ölkədən getmək hüququ da məhdudlaşdırılıb.
Naxçıvanda üzərlik qabı istehsalı ilə biznesmenə çevirilən Gəncəli İsmayılov uzun illər Azərbaycanda məşhur "Soliton" (Neptun) şirkətinin əsas nümayəndələrindən biri olub.
"Soliton LTD" nin rəhbəri Bağırov Müseyib Abbas oğludur. Gəncəli İsmayılov isə şirkət rəhbərinin qaynıdır.
Hazırda Gəncəli İsmayılovun təsisçisi olduğu "Evfemiya" MMC məşhur brend qab-qacaqlarının satışını həyata keçirən "Karaca” mağazalar şəbəkəsi idarə edir. "Evfemiya" adının özü də Çexiyanın məşhur qab-qacaq şirkətinin adından götürülüb. Bu məhsullar da "Karaca”da satılır.
Qeyd edək ki, KİV-lərdə dərc edilən məlumata görə, "Karaca” brendi Rasim və Mənsur Sadıqov qardaşları tərəfindən ölkəmizə gətirilib. Əvvəl "Karaca”nın məhsullarının satışı "Soliton” şirkəti tərəfindən həyata keçirib.
KİV-də Gəncəli İsmayılovun "Karaca”nın məhsullarının satışı zamanı biznesmen qardaşlara 100 minlərlə pul "atması" ilə bağlı məlumatlar dərc edilib. Bu barədə Rasim Sadıqovun da müraciəti yayımlanıb.
Məsələ ilə bağlı "Evfemiya" MMC ilə əlaqə saxlamaq istəsək də, şirkətin (012) (077) 324 25 01 əlaqə nömrələri işləmədiyi məlum oldu. (012) 538 30 00 əlaqə nömrəsində isə telefona cavab verən olmadı.