Tofiq Heydərov 8 milyon ödəsə də, 20 milyondan artıq borcu var...

AAAF-İnşaat” Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) 20 milyon manata yaxın vergi borcu var.

Qaynarinfo-nun məlumatına görə, ötən il şirkətin 28 milyon 176 min manata yaxın vergi borcu var idisə, hazırda bu məbləğ 19 milyon 857 min 953 manat 89 qəpik təşkil edir.

Həmçinin şirkətin strukturuna daxil olan “AAAF Park Xırdalan” MMC-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 174 min 401 manat 32 qəpik vergi yaranıb. Bu MMC-nin ötən il vergi borcu 2 min manata yaxın idi.

Lənkəran “AAAF Park” MMC-nin də 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 897.96 manat borcu var.

Göründüyü kimi, Tofiq Heydərovun təsisçisi olduğu şirkət milyonlarla vergi borcu ödəsə də, hələ də külli miqdarda borcu var.

Əldə etdiyimiz məlumata görə, Tofiq Heydərovun təsisçisi olduğu şirkətlərə təyin etdiyi bəzi rəhbər şəxslərin də ölkədən giriş-çıxışı məhdudlaşdırılıb.

“AAAF Park-Astara”da da vəziyyətin ürəkaçan olmadığı deyilir. Bu layihəyə milyonlar xərclənsə də, qazanc kifayət qədər deyil.






Fikirlər