Sabunçuda qışa hazırlıqla bağlı müşavirə keçirildi ...

Sabunçuda qışa hazırlıqla bağlı müşavirə keçirildi

Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında 2022-2023-cü illərin qış mövsümünə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlər barədə vəziyyətin yoxlanılması və qış aylarında havaların qarlı-şaxtalı günlərində küçə, səki, məhəllədaxili ərazi və yolların qardan vaxtında təmizlənməsi, nəqliyyatın hərəkətinin nizamlanması haqqında müşavirə keçirilib.

 Müşavirədə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, təhsil, səhiyyə və bir sıra digər müəssisələrin rəhbərləri iştirak ediblər.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar rayonda görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verərək tədbirlər planına uyğun olaraq işlərin görüldüyünü qeyd edib. Eyni zamanda yolların qardan vaxtında təmizlənməsi məqsədi ilə istifadə olunacaq texnikaların texniki vəziyyətinin yoxlanıldığını, lazımı səviyyədə duz ehtiyatının olduğunu və cavabdeh təşkilatlar arasında xüsusi iş qrafiki, eləcə də növbətçilik cədvəlinin təsdiq olunduğunu vurğulayan A.Vəliyev qarşıda duran vəzifələrin icrası ilə əlaqədar müvafiq müəssisə rəhbərlərinə tapşırıqlar verdi.

Müşavirənin sonunda qış mövsümünə hazırlığın qiymətləndirilməsi və görüləcək işlər barədə müzakirələr aparılıb.

"AzerTaym.az"

 








Fikirlər