Gözdən əlillərin təqaüdü 90 manat artırıldı...

Gözdən əlillərin təqaüdü 90 manat artırıldı

Prezident İlham Əliyev gözdən əlillərə verilən Prezident təqaüdünün artırılması barədə fərman imzalayıb.

 

"AzerTaym.az" bildirir ki, fərmana əsasən, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 300 manat müəyyən edilib.

Qeyd edək ki, bu məbləğ indiyədək 210 manat idi.






Fikirlər