Bizim yaratdığımız reallıqlar...

“Azərbaycan son 200 illik tarixinin ən şərəfli, qürurlu,

Xalqının inamına arxalanan Lider

Müasir dünya tarixinə qızıl hərflərlə öz müzəffər Zəfərini həkk etmiş cənab İlham Əliyev xalqının sevgisinin, inamının və etimadının tək ünvanıdır.

XXI əsr yeni çağırışlar əsridir. Bu çağırışlar isə özündə mühüm komponentləri birləşdirir. Bəşəri dəyərlərə qiymət - milli maraqlara sədaqət, qlobal yeniliklərə hazır olmaq - milli ənənələri yaşatmaq və bu kimi onlarla paralel inkişaf xəttini dövlət siyasətinin prioritetinə çevirərək yeni dünya düzənində yer tapmaq bugünün rakursundan belə olduqca çətin və ağırdır. Yerləşdiyi regionun aparıcı siyasi-iqtisadi faktoru olmaqla yanaşı, böyük və qlobal siyasi birliklərin tənzimləyici, sabitləşdirici faktoruna çevrilmək üçün real addımlarla seçilmək gərəkir. Azərbaycan dövləti və Azərbaycan Prezidenti ötən 20 ildə bunu uğurla bacarıb.

Zəfər yolunun memarı...

Müasir Azərbaycan dövlətçiliyinin banisi, Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində ifadə etdiyi "Mən Ona Özüm qədər inanıram" qətiyyəti ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Xalqının Prezident İlham Əliyevə göstərdiyi etimad müasir çağırışlara, qlobal siyasətə, yeni iqtisadi münasibətlər sisteminə inteqrasiya prosesini sürətləndirməklə yanaşı, milli gücün, milli birliyin uğur formuluna çevrildi. Prezident İlham Əliyev vətəndaş məmnuniyyətinin təmini faktorunu "güclü xalq-güclü dövlət" prinsipinə transformasiya etdi. 20 il öncə bütün sahələrdə çoxvektorlu inkişafın əsasını qoyan Prezident İlham Əliyev müasir Azərbaycanın beynəlxalq iqtisadi-siyasi sistemdəki yerini, nüfuzunu müəyyənləşdirdi, regional güc mərkəzi statusunda qlobal proseslərə təsir imkanlarını tanıtdı.

Bütün sferalarda əldə olunan nailiyyətlərlər isə 20 il sonra göz önündədir:

– Azərbaycan ən qısa müddətdə, böyük sürətlə Cənubi Qafqazın siyasi-iqtisadi aktoruna çevrildi;

-Düzgün qurulmuş iqtisadi siyasət milli maraqlara söykənən xarici siyasət kursunun hədəflərini müəyyənləşdirdi;

-Azərbaycan dünyanın beynəlxalq tribunalarından səsi eşidilən etibarlı müttəfiqə, böyük dövlətlərin və təşkilatların ən yaxın tərəfdaşına çevrildi;

-Paralel olaraq inkişaf etdrilən daxili və xarici siyasət tandemi 2008, 2013 və 2018-ci ildə xalqın yenidən öz Liderinə ən yüksək etimadı nümayiş etdirməsi ilə nəticələndi;

-Nəhayət, bu uğurlar kompleks şəkildə son 200 illik tariximizin ən böyük hərbi-siyasi qələbəsini təmin etdi. Bu qələbəni xalqına yaşadan, ərazi bütövlüyümüzün təmin edilməsində ən böyük paya sahib, müasir dünya tarixinə qızıl hərflərlə öz müzəffər Zəfərini həkk etmiş cənab İlham Əliyev xalqının sevgisinin, inamının və etimadının tək ünvanıdır.

Güclü Lider- Qalib Xalq

Prezident İlham Əliyevin mayın 28-də, Müstəqillik Günündə Laçın rayonuna səfəri təsadüfi deyildi. 1918-ci ildə Şərqdə ilk Respublikanı quran xalq 102 il sonra özünün ən güclü və sevincli dövrünü yaşadı – Liderinin inamlı, qəti, dönməz siyasəti bu gün öz xalqını "QALİB XALQ" statusuna qaldırıb. Cənab Prezident Laçın şəhərinə qayıdan əhali ilə görüşündə çıxışı zamanı bildirdi: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".

Laçında çəkilmiş fotosu gündəm olan Ruqiyə nənə: Elə bil, yuxu görürəm...

Bu hal yalnız Laçın rayonuna və şəhərinə şamil deyil – bütün işğaldan azad edilmiş regionlarımız eyni inkişaf və bərpa prosesini yaşayır. Amma bu azadlıq asan qazanılmayıb. Torpaqların düşməndən təmizlənməsi üçün Prezident – Xalq – Ordu birliyi bir yumruğa çevrildi. Prezident İlham Əliyevin uzun illər formalaşdırğı siyasət öz bəhrəsini verdi. Laçın sakinləri ilə görüşdəki çıxışında Prezident bildirmişdi: "Mən uzun illər ərzində çalışırdım ki, biz bu işğala danışıqlar yolu ilə son qoyaq. 20 ilə yaxın apardığım danışıqlar bunu bir daha göstərir. Ancaq siz də, bütün Azərbaycan xalqı da, bütün dünya ictimaiyyəti də yaxşı bilirdi və bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi, işğal edilmiş torpaqlardan çıxmaq istəmirdi. Sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq üçün, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün belə bir təklif irəli sürürdü ki, bəli, guya onlar beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Biz isə heç vaxt bununla razılaşa bilməzdik. Mən hər zaman deyirdim ki, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Bu gün müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində biz buna nail olmuşuq. Biz düşməni döyüş meydanında məğlub etmişik".

Xalqın inamı və etimadı...

Xalqımız hər zaman cənab İlham Əliyevin apardığı siyasətə qəlbən inanıb və etimad göstərib. Bu inam və etimad isə uğura gedən yolda dövlət başçısı üçün ən böyük dəstəyə çevrildi. Tarixi Qarabağ zəfərinə gedən yolda Prezident İlham Əliyev dövlətin siyasi-iqtisadi dayaqlarını daha da möhkəmləndirirdi. İlmə-ilmə, kərpi-kərpic hörulən, islahatlara əsaslanan bu siyasət günümüzün rakursundan bəlkə də daha aydın sezilir. Ölkədə yeni siyasi konfiqurasiyanın qurulması, siyasi münasibətlərdə yeni dialoq mühitinin formalaşdırılması, iqtidar ilə müxalifət arasında əlaqələrin daha da möhkəmləndirilməsi, siyasi parityaların fəaliyyətinin gücləndirilməsi üçün görülən işlər və nəhayət, bütün bunların həyata keçirilməsi üçün nümayiş olunan böyük siyasi iradə Azərbaycanın inkişaf tarixində yeni bir mərhələniin başlanğıcını qoydu. Vətən müharibəsi dövründə Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən müharibəsi Azərbaycan xalqının öz Liderinin rəhbərliyi ilə torpaqlarının azadlığı uğrunda mübarizəyə çevrildi.

Dövlət siyasətinin strateji episentri milli maraqlardır

Prezident İlham Əliyev xalqının milli maraqlarını ən əsas prioritetə çevirərək modern cəmiyyətdə lider obrazının ən mühüm keyfiyyətlərini özündə birləşdirən şəriksiz liderdir. Dövlət başçısı dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin milli-strateji maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb. Məhz Prezident İlham Əliyevin uğurla yürütdüyü siyasət nəticəsində çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Bunun üçün isə ilk növbədə ölkə iqtisadiyyatı özünün inkişaf tempini artıraraq dünyanın apırıcı reytinq cədvəllərində əks olundu, ordu quruculuğu ən müasir standartlara uyğunlaşdırıldı, sosial problemlərin həlli, həssas təbəqənin mənafeyinin təmini əsas prioritet kimi müəyyənləşdirildi. Azərbaycan Ordusu ilk dəfə dünyanın 50 ən güclü ordusu sırasında yer aldı. Müdfiə xarakterli məhsulların daxili istehsalı gücləndirildi. Ordu komplektləşdirildi.

Prezident İlham Əliyevin son 20 ildə ölkəmizə qazandırdığı ən böyük uğurlardan biri də bu gün Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir. Son 20 ildə Azərbaycan bütün ölkə və təşkilatlara münasibətdə vahid mövqedən çıxış edib, dostluq və tərəfdaşlıq münasibətlərini hansısa geostrateji təsirə məruz qalmadan müəyyənləşdirib, ikitərəfli və çoxtərəfli münasibətlərdə, dünya siyasətində fəal təmsilçilikdə ali geosiyasi iradəsini nümayiş etdirib. Respublikamızın daxili və xarici siyasət kursunun strateji episentri milli maraqlardır.

Müharibədən sonra ötən illər ərzində Azərbaycan danışıqlar masasında da böyük üstünlük qazandı – bu gün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqləyir. Bu, qətiyyətli və dönməz mövqenin yaratdığı mənzərədir. Dövlət başçısı Laçın sakinləri ilə görüşdə də bildirdi ki, bütün bu reallıqları yaradan biz olmuşuq: "Məhz bunun nəticəsində İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra həm Azərbaycan-Ermənistan sərhədində, həm Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə, həm sərhəd-buraxılış məntəqəsini qoymaqla biz yeni reallıq yaratdıq və Ermənistanı məcbur etdik ki, bizim dediyimizi onlar da təkrarlasın. Mən bunu İkinci Qarabağ müharibəsi başa çatandan sonra demişdim, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi o halda mümkündür ki, onlar deyəcəklər: Qarabağ Azərbaycandır! Onlar cəmi 3-4 il bundan əvvəl “Qarabağ Ermənistandır” deyirdilər və hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilərlər. Hesab edirdilər ki, biz azərbaycanlılar bu vəziyyətlə barışacağıq. Mən isə deyirdim ki, yox, barışmayacağıq. Onlara da, onların havadarlarına da, onlara bu gün dəstək verənlərə də o vaxt deyirdim ki, biz heç vaxt barışmayacağıq. Həyat bir daha onu göstərdi ki, nə deyiriksə, onu da edirik. Bir neçə gün bundan əvvəl Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlama faktiki olaraq mənim bir neçə il bundan əvvəl dediyim “Qarabağ Azərbaycandır!” sözlərimin təkrarıdır". 

 Salyanda YAP rayon təşkilatının 22-ci ildönümü qeyd olunub - AZƏRTAC

Rəşad CəbrayılovSalyan IH-nin

müavini,ictimai-siyasi və humanitar

məsələlər şöbəsinin müdiri. 

 

 






Fikirlər