«Bizim yolumuz Allahın buyurduğu yoldur, haqq yoludur, Ulu Öndər yoludur!» Cəsarət Əhmədov:
Azərbaycan Qol Güləşi Federasiyası aprelin 29-u və 30-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ümumrespublika turniri keçirib. Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Beynəlxalq Qol Güləşi Federasiyası prezidentinin müşaviri Cəsarət Əhmədov bildirib ki,biz xüsusi olaraq bütün rayon və bölgələrimizdə fəaliyyət göstərən nümayəndələrimizdən və məşqçilərdən idmançıların ümumrespublika turnirində iştiraklarını təmin etdik. Həmçinin turnirdə fiziki imkanları məhdud idmançılar da xüsusi kateqoriyada və üç çəki dərəcəsində iştirak ediblər. Yarışa 90 kiloqramdan yuxarı çəki dərəcəsinin daxil edilməsində əsas məqsəd Avropa və dünya çempionatlarında ağır çəkidə ölkəmizin yalnız yüksək nəticələr əldə edə biləcək güclü idmançılarla təmsil olunmasını təmin etmək idi. “Azərbaycan Qol Güləşi Federasiyası 15 il ərzində böyük yol keçərək bugünkü səviyyə çatıb. Bizi öz yolumuzdan kimsə döndərə bilməz. Çünki bizim yolumuz Allahın buyurduğu yoldur, haqq yoludur, Ulu Öndərimizin yoludur. Bizim yolumuz yalnız birlikdən keçir. Buna görə də mən hətta nə vaxtsa bizə “daş atan” idmançılarımızı da bu turnirdə görmək istəyirəm. Əgər kiminsə də ürəyində kin-küdurət varsa, onu dərhal silib atsın. Biz yalnız birlikdə olmalı, Vətənimiz və dövlətçiliyimiz naminə çalışmalıyıq. Hər zaman böyük və güclü şəxsiyyətlərin ölümü bütün yaxşılıqların qıfılı, pisliklərin isə açarı olur”, - deyə C.Əhmədov əlavə edib.