Yollarımız açıq və işıqlı olsun ...

Sürətlə inkişaf edən Azərbaycanda bütün sahələrdə olduğu kimi, yol-nəqliyyat sektorunda da sistemli və davamlı tədbirlərin həyata keçirilməsi artıq səciyyəvi xarakter almışdır. Bu sahədə əldə olunan nailiyyətlərdə “14 saylı Xüsusi Təyinatlı Yol İstismar" MMC-nin də öz payı vardır.


Bu gün ölkənin regionlarında, eləcə də paytaxt Bakıda vəziyyət kökündən dəyişmiş, dövlətimizin başçısının sərəncamları ilə ayrılan vəsaitlər yol-nəqliyyat infrastrukturunun dinamik inkişafına yol açmışdır. Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Son illərdə avtomobil yollarının tikintisində və təmirində istifadə olunan minlərlə müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşınları, avadanlıq və qurğular alınmış, onlarla asfalt beton zavod işə salınmışdır.

Təbii ki, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından, işlərin bilavasitə icraçıları olan çoxsaylı yol-istismar idarələrinin səmərəli fəaliyyətləri də xüsusi əhəmiyyət kəsb edir. Belə müəssisələrdən biri də “14 saylı Xüsusi Təyinatlı Yol İstismar" MMC-dir.Bakı şəhəri ərazisində yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində görülən işlərdə “14 №-li xüsusi təyinatlı Yol İstismar” MMC-nin də özünün kifayət qədər böyük payı vardır.

Araz Bəndəliyevin rəhbərlik etdiyi MMC ən məsuliyyətli sahələrdə çalışır.“14 №-li xüsusi təyinatlı Yol İstismar” MMC Bakı şəhərinin Tbilisi prospekti, Azadlıq prospekti, İzzət Nəbiyev küçəsi, İsmayıl Hidayətzadə küçəsi, Dilarə Əliyeva küçəsi və bir sıra başqa bu kimi yüksək intensivlikli hərəkət rejimi ilə seçilən küçə və prospektlərdə əsaslı təmir-tikinti işlərini həyata keçirmişdir. Həmçinin MMC “Ağ şəhər” layihəsində iştirak etmiş, Binəqədi – Novxanı – Corat avtomobil yolunun, Balaxanı – Binəqədi – Xırdalan dairəvi yolunun əsaslı təmir işlərini həyata keçirmişdir. Bundan başqa “14 №-li xüsusi təyinatlı Yol İstismar” MMC tərəfindən bölgələrdə də işlər davam etdirilir.

Qeyd etmək lazımdır ki, bütün bu işlər Araz Bəndəliyevin rəhbərlik etdiyi “14 №-li xüsusi təyinatlı Yol İstismar” MMC-nin əmək kollektivi tərəfindən yalnız yüksək keyfiyyətlə və təyin edilən qrafiklərə uyğun şəkildə həyata keçirilir. Bunun da əsas səbəblərindən biri MMC-nin direktoru Araz Bəndəliyevin öz işinə xüsusi yanaşma tərzi təyin etməsidir.Ölkə mətbuatına verdiyi müsahibələrinin birində Araz Bəndəliyev bu məsələyə dair fikirlərini belə ifadə etmişdi: Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkədə həyata keçirilən irimiqyaslı layihələrin tərkibində xüsusi yeri və çəkisi olan yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı görülən işlər bir daha əminlik yaradır ki, bu sahədə layihələrin icrasının dayanıqlığı və davamlılığı tam təmin olunub. Bunu son 20 ildə ölkə üzrə çəkilən minlərlə kilometr uzunluğunda yolların keyfiyyətindən də görmək olur. Bu yollar bir çox sahələrin inkişafına təkan verir, hər bir kənd və qəsəbəni ümumi inkişaf prosesinin bir hissəsinə çevirir. Təsadüfi deyil ki, indi ölkədə turizmin inkişafına müsbət təsri göstərən yeni və müasir yollar ucqar dağ kəndlərinə, o cümlədən Qubanın Xınalıq kəndinə, İsmayıllının Lahıc qəsəbəsinə, Şamaxının Dəmirçi kəndinə uzanır, bu yerlərə xarici qonaqların gəlməsinə geniş imkanlar açır, Azərbaycanın tarixinin, mədəniyyətinin təbliğinə xidmət edir. İndi yüksək keyfiyyətlə tikilən bu yollar cənub mirvarisi Lənkəranın, Qusarın Şahdağ Qış-Yay Turizm Kompleksinin, dənizkənarı bulvarı ilə seçilən gözəl təbiətli Astaranın iqtisadi potensialını artırır, bölgələrimizin sürətli inkişafını şərtləndirir...”

Raqub Həsənov: Ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında yollarımızın inkişafı önəmli yer tutur

Əlbəttə ki, bu fikirlərin müəllifi əməli işlərində də dövlətimiz tərəfindən qarşıya qoyulan vəzifələrin dəqiq və səmərəli icrasını təmin edə bilmək üçün həm özünün, həm də rəhbərlik etdiyi kollektivin bütün potensialını, bilik və təcrübəsini hər zaman səfərbər vəziyyətdə saxlamağı bacarır. Məhz bunun nəticəsidir ki, icrası “14 №-li xüsusi təyinatlı Yol İstismar” MMC-yə həvalə olunmuş layihələrin uğuru da sanki əvvəlcədən müəyyənləşdirilmiş olur.

Şübhə etmirik ki, Araz Bəndəliyevin yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti hələ uzun illər “14 №-li xüsusi təyinatlı Yol İstismar” MMC-nin Bakı şəhərində və bölgələrimizdə yolların müasir standartlar səviyyəsində yenidən qurulması işinə, eləcə də yerli iqtisadiyyatın inkişafına yeni böyük töhfələr verməsini təmin edəcəkdir.

Qoy yollarımız açıq və işıqlı olsun.

"AzerTaym.az"

Tbilisi prospektində təmir işləri aparılır - Ayna.az






Fikirlər