Baş Ələt stansiyasında yeni YOLDƏYİŞƏNLƏR quraşdırılır

Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur. Eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması da həyata keçirilir. İlk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb və bu vaxta kimi 118 yoldəyişən yenisi ilə əvəz olunub.

Bu gün Baş Ələt stansiyasının tək və cüt boğazlarında mövcud olan 12 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə başlanılıb. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin direktor müavini Şəmsəddin Talıbovun sözlərinə görə, əvvəllər köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılırdı və istismar müddətinin az olması həm texniki, həm də maddi baxımdan əlverişli deyildi:Yeni layihədə daha üstün və fərqli bir üsuldan istifadə olunur. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatında uzunömürlülük baxmından dəyişmələrə səbəb olacaq”.






Fikirlər