"Uber" və "Bolt" avtomobilləri yığışdırılır? -RƏSMİ AÇIQLAMA

Son günlər ölkədə taksilərin fəaliyyəti ilə bağlı mövzular gündəmdədir. Müzakirə edilən məsələlərdən biri də, "Uber" və "Bolt" şirkətlərinin ölkəmizdəki fəaliyyətinin davam edib-etməyəcəyidir. Həmçinin, ötən gün şəhərin müxtəlif yerlərində bu şirkətlərə aid avtomobillərin yol polisi tərəfindən saxlanmasının şahidi olduq ki, bu da həmin iddiaları artırır.

Sözügedən taksi şirkətlərinə qarşı hər hansı bir əməliyyatın başlayıb-başlamaması ilə bağlı Metbuat.az-a danışan Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, yol polisi qaydaları pozan istənilən sürücü barəsində tədbir görmək səlahiyyətindədir, bunun nə "Uber"ə, nə də "Bolt"a aidiyyatı yoxdur:

"Bizim üçün yollarda olan bütün hərəkət iştirakçılarının, yəni ümumi nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək əsas vəzifədir. Qanunlar və qaydalara əməl etmək isə hər bir vətəndaşın öz məsuliyyətidir. Heç kimə ayrı seçkilik oluna bilməz. Polis dövlətini, onun vətəndaşını və Azərbaycan Respublikası ərazisində olan bütün şəxslərin qanunla nəzərdə tutulan hüquq və azadlıqlarını qoruyur".






Fikirlər