Azərbaycanda taksilərlə bağlı nə baş verir? – Nazir açıqladı
"AzerTaym.az" bildirir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, taksi aqreqatorlarından quruma təqdim edilən məlumatlara əsasən, taksi gedişlərinin 60 faizi 1.5 və 3 km məsafə arasındadır. Nazir həmçinin taksi sahəsində yeni qanunun qəbul olunmasına aydınlıq gətirilib. “Bu qanunun qəbulu bir günün, bir həftənin qərarı deyil. Bu qanun layihəsinin hazırlanmasına uzun müddətdir ki, hazırlıq aparılır. Eyni zamanda bu qanunun qəbul olunmasına dəlalət edən səbəblər var. Bunlardan əsası ölkədə ekoloji təmizlik, vətəndaşlarımızn təhlükəsizliyi və s. məsələlərlə bağlıdır”,- deyə nazir bildirib.