İcbari tibbi sığorta ilə bağlı yeni xidmətlər yaxın zamanlarda təsdiq ediləcək

İcbari tibbi sığorta ilə bağlı yeni xidmətlər yaxın zamanlarda təsdiq ediləcək

İcbari tibbi sığorta ilə bağlı yeni xidmətlər zərfi Nazirlər Kabinetində təsdiqə göndərilib.

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib.

Onun sözlərinə görə, yeni xidmətlər zərfi yaxın zamanlarda təsdiq olunacaq:

“Orada ürək xəstəliklərinə aid əməliyyatlar yeni xidmətlər zərfinə daxil edilib. Eyni zamanda, uşaq ürək cərrahiyə əməliyyatları da yeni xidmətlər zərfinə daxildir. Bundan əlavə, yeni xidmətlər zərfinə bir sıra müayinələr də daxil edilib”.






Fikirlər