İnam Kərimov Məhkəmə-Hüquq Şurasını topladı - BƏZİ HAKİMLƏR HAQQINDA İNTİZAM İCRAATI BAŞLANIB

2023-cü il iyulun 13-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə sisteminin müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb, bu istiqamətdə qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Sonra iclasda gündəlikdəki məsələlər üzrə məruzələr dinlənilib, məhkəmə sisteminin səmərəliliyinin artırılması, hakimlərin seçim qaydalarının təkmilləşdirilməsi üzrə konkret təkliflər müzakirə olunub, məhkəmə fəaliyyətini tənzimləyən hüquqi akt layihələrinə baxılıb.

Eyni zamanda Hakimlərin Seçki Komitəsinə yeni üzvlər seçilib, bəzi təşkilati məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

İclasda bundan başqa hakimlərin intizam icraatı üzrə işlərə baxılıb, kobud qanun pozuntularına yol vermiş bəzi hakimlər barədə yeni intizam icraatları başlanılıb.






Fikirlər